Şirkət siyasətimiz

AquaLink Azərbaycan daha sağlam bir dünya üçün...

Su hövzələrinin çirklənmədən qorunması, onların təmizlənməsi, əhali və sənayenin yüksək keyfiyyətli su ilə təminatı, tullantı sularının təkrar təmizlənməsi AquaLink Azərbaycan şirkətinin prioritet fəaliyyət sahəsidir.

Suyun istehlakçıya çatmadan öncə zərərli olabiləcək hər cür maddə və bakteriyalardan təmizlənməsi lazımdır. Biz, Sizə su hazırlanması ( içmə suyu, texniki su və tullantı suları) sahəsində kompleks çözümlər təklif edirik.

Məişətdə, Sənayedə və ya təsərrüfatda istifadə etdiyiniz suyun beynəlxalq standartlar çərçivəsində hazırlanması məqsədilə bizim mütəxəssislərimiz tərəfindən suyun fiziki və kimyəvi təmizliyi ilkin layihələndirməsi hazırlanır. Suyun mikrobiolojik və digər laboratoriya analizlərinin mütəmadi yoxlanılması yolu ilə biz müştərilərimizin keyfiyyətli su istifadə etməsini təmin edirik. Bununla yanaşı, satış sonrası servis xidmətlərimizlə müştəri məmnuniyyətini və davamlılığı təmin edirik. Bu sahədə yalnız uzun illik avropa təcrübəsinə əsaslanırıq. Təqdim etdiyimiz avadanlıq və kimyəvi maddələr avropa istehsalıdır və keyfiyyəti zəmanətlidir. 

Aqualink şitrkətinin əsas missiyası su hövzələrindən başlamaqla süfrənizə qədər bütün mərhələlərdə su təsisatında su təmizliyini təmin etmək, bu fəaliyyətdə ən mütərəqqi, səmərəli və dayanıqlı texnoloji həlləri tətbiq etməklə ən təhlükəsiz kimyəvi vasitələrdən istifadə etməkdir. 

Şirkətimiz həyata keçirdiyi bütün layihələrdə ətraf mühitə dost texnologiya və maddələr tətbiq etməklə ölkəmizdə ekoloji balansn qorunmasına öz töhfəsini verməkdədir.