su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida

ChemOx

 Üzgüçülük hovuzları üçün geniş spektrli biosid dezinfektant 


 

Xüsusiyyətləri

ChemOx üzmə hovuzları üçün effektiv geniş spektrli biosid dezinfektantdır. Mikrob, göbələk, yosun və viruslara qarşı  effektiv mübarizə aparır. Eyni zamanda, təhlükəli Legionella bakteriyalarına qarşı təsirlidir. Yüksək konsentratlı tərkibi hesabına çox cüzi dozada ChemOx ilə suda hərtərəfli dezinfeksiyanı təmin etmək mümkündür. Suda dad və qoxu buraxmır, allergik təsiri yoxdur. İstifadəsi tamamən təhlükəsizdir, kansoregen deyildir. ChemOx suda asan qarışan və qaliq buraxmayan, qeyri-üzvi anionlardan ibarət bir məhluldur. Sadə isitfadəsi  ölçü pompası vasitəsilə həyata keçirilə bilər (vaxt və həcmə nəzarət).


 

Üstünlükləri

  • Birbaşa suya hazır xlordioksid dozası
  • Mikroorqanizmlərə və Legionellaya qarşı davamlı mübarizə 
  • Qoxunun aradan qaldırılması 
  • CSB/TOC/BOD azaldılması
  • Kalium permanganat istifadəsinin azaldılması
  • Frekal eliminasiya (aradan qaldırılması)
  • lipoliz (yağların parçalanması)
  • Oksidləşmə və hidroliz ilə təmizləmə
  • Kükürdün təmizlənməsi
  • Reduksiya potensialının artırılması
  • Aşağı dozada belə yüksək effektli təsir

 

Oksidləşdirici və biosidal təsiri

ChemOx reaksiya zamanı  pH dəyərləri 5-9  arasında su mühitində xlordioksid və digər xlor-oksigen birləşmələri ilə qarışıq halda formalaşmaqdadır. Sulfid, Nitrit və s. kimi aniyonların azaldılması yolu ilə oksidləşməyə maksimum meyillidir. Üzvi birləşmələrin belə oksigen törəmələrə çevrilməsi baş verir, hansı ki birbaşa xlorlama zamanı bu mümkün deyil. 

Bu biosidal təsir Xlordioksidin həddindən artıq güclü dezinfeksiya təsirinin nəticəsidir ki, dezinfeksiya gücü digər xlor-oksidli komponentlərin iştirakı ilə genişləndirilir. ChemOx ilə təmizlənmiş suyun reduksiya potensialı burada artır. XlordiOksidin algisidal (yosun) təsir gücü geniş spektrli herbisit təsirinin nəticəsidir. ChemOx bakteriya, maya, yosun və hər cür viruslara qarşı 100% təsirlidir. 


 

Ölçü cədvəli

 Dezinfeksiya (PE/PVC- şəbəkə boruları)

30,0 ml/m³

 Dezinfeksiya   (ZM- şəbəkə boruları)

60,0 ml/m³

 Aerozol dezinfeksiya (içməli su çənləri) 

5 Litr /m³ Suya

 Tullantı sularının təmizlənməsi 

30,0 ml/m³ - 150,0 ml/m³

 Qapalı dövr soyutma qüllələri

20,0 ml/m³ - 30,0 ml/m³

 Açıq dövr soyutma sistemləri

30,0 ml/m³ - 150,0 ml/m³

 Səth yuma suyunun hazırlanması

30,0 ml/m³ - 150,0 ml/m³

 Filtrasiya sistemlerinin təmizlənməsi

50,0 ml/m³

 Üzgüçülük hovuzlarınin dezinfeksiyası

5,0 ml/m³

 Filtr səthləri (filtrlərin təmizlənməsi üçün) 

2 Litr /m3

 

Qablaşdırılma: 30kg, 60kg, 240kg, 1000kg