Gəmilərdə çözümlər
Etibarlı və təhlükəsiz
Dəniz və yolçu gəmiləri üçün su təmizlənməsində 80 ildən artıq təcrübəsi olan dünyanın aparıcı şirkətlərinin Azərbaycan təmsilçiliyini həyata keçirən Aqualink, tərəfdaşlarının təcrübəsi və yüksək ixtisaslı mütəxəssislərinin peşəkarlığı ilə quraşdırdığı su təmizləyici sistemlərin etibarlılığına, təhlükəsizliyinə və ən başlıcası keyfiyyətli, dadlı içməli su təminatına 100% zəmanət verir.
Gəmilərdə təmiz suyun təhlükəsiz və davamlı təmin olunması çox vacibdir. Təklif etdiyimiz sistemlər bu sahə üzrə ən innovativ texnologiyalar əsasında hazırlanıb və inkişaf etmiş ölkələrin gəmiçilik şirkətlərində uğurla tətbiq olunur.
İçməli suyun hazırlanması
Gəmilərdə içməli su, duzlu suyun korroziya potensialının qarşısının alınması və dadın yaxşılaşdırılması üçün nəzərdə tutulmuş demineralizasiya sistemləri ilə təchiz olunan Duzlu Əks Osmos (SWRO) sistemləri quraşdırılır.
Aqualink avtomatik ölçmə və monitorinq sistemləri daxil olmaqla, içməli suyun dezinfeksiya və pH dəyərinin tənzimlənməsi üçün bir çox seçim variantları təklif edir. İstər içməli suyun, istərsə də digər suların hazırlanmasında tətbiq olunan bütün sistemlər USPH tələblərinə tam cavab verəcək şəkildə layihələndirilərək quraşdırılır.
Texniki xidmət və ehtiyat hissələri
Bütün gəmilərdə quraşdırılan sistemlərin texniki xidməti, təmir və ehtiyat hissələrin təmin olunması Aqualink tərəfindən həyata keçirilir. Bu xidmət proqramları avadanlıqların optimal iş şəraitində istismar olunmasına zəmin yaradaraq daha səmərəli və uzun müddət xidmət göstərməsini təmin edir.