FLUSHING - Kimyəvi təmizləmə

İsitmə–soyutma qapalı dövr sistemlər, soyutma qüllələri, buxar qazanları, buxar generatorları kimi Termal Mexanik Təsisatlar ilə istehsal sənaye prosseslərində, termal transfer axışqanı olaraq istifadə edilən suların, kirəçlənmə, çöküntü, lillənmə (çamurlaşma), aşınma (korroziya) ve biolojik aktivasiya təsirləri mövcuddur. Bu kimi təsirlər səbəbi ilə meydana gələn çöküntülər, enerji və əmək itkisi ciddi bir iqtisadi itkilərə yol açmaqdadır. Bu səbəblə yeni istehsal edilmiş ya da istifadə olan isitmə-soyutma qapalı dövr sistemləri ilə xüsusi məqsədlərə görə çalışan termal prosseslərdə flushing əməliyyatlarının ixtisaslı texniki işçilər tərəfindən tətbiq edilməsi vacibdir. 


İsitmə–soyutma qapalı dövr sistemlər, soyutma qüllələri, buxar qazanları, buxar generatorları kimi Termal Mexanik Təsisatlar ilə istehsal sənaye prosseslərində, termal transfer axışqanı olaraq istifadə edilən suların, kirəçlənmə, çöküntü, lillənmə (çamurlaşma), aşınma (korroziya) ve biolojik aktivasiya təsirləri mövcuddur. Bu kimi təsirlər səbəbi ilə meydana gələn çöküntülər, enerji və əmək itkisi ciddi bir iqtisadi itkilərə yol açmaqdadır. Bu səbəblə yeni istehsal edilmiş ya da istifadə olan isitmə-soyutma qapalı dövr sistemləri ilə xüsusi məqsədlərə görə çalışan termal prosseslərdə flushing əməliyyatlarının ixtisaslı texniki işçilər tərəfindən tətbiq edilməsi vacibdir. 

“Flushing”, sözünün mənası bol miqdarda su ilə yuma olub, bu ifadə inşaat və mexaniki təsisat lüğətlərində xüsusi ilə qapalı dövr sistemlərə edilən ‘ilk yuma’ tətbiqi üsulu kimi təyin edilmişdir. Ancaqk Fiziki, Kimyəvi və Fiziki-kimyəvi əlaqələrlə cihaz, avadanlıq və boru divarlarına yapışan qalıqların, çirklərin yalnız su vasitəsilə yuma üsulu ilə aradan qaldırılması, çıxarılması, təmizlənməsi mümkün deyildir. Yalnız su ilə edilən “flushing” tətbiqləri sadəcə səthlərdəki fiziki sadə çöküntülərin bir hissəsini təmizləyir. Boru səthlərindəki yağlı təbəqə isə təmizlənməz. Bu cür tətbiqlət nəticəsində suda ölçülən “ΣFe” dəyərləri aşağı olaraq ölçülür. Ancaq bu ölçüm yanıldıcıdır. Çirklərin böyük hissəsi kimyəvi və fiziki-kimyəvi xassələrlə səthlərə yapışmaqdadır. Bu çirklərndiricilərin aradan qaldırılması məqsədilə cihaz, avadanlıq və borulara zərər verməyən fiziki və kimyəvi xüsusiyyətlərə sahib kimyəvi maddələrin dəstəyi “Flushing” tətbiq edilməkdədir.

“Flushing”də kimyəvi maddənin təsir gücü və əlavə olaraq sudakı oksigenin korroziya təsiri nəzərə alınaraq tətbiq müəyyən edilən zaman içərisində həyata keçirilməlidir. “Flushing” tətbiqi sonrasında, boru, avadanlıq və cihazların boru xəttləri təmizlənmiş olduğundan alınan əlavə su içərisindəki oksigenin korroziya təsiri ən yüksək səviyyədə olacaqdır. Bu səbəblə, yaxalama sonrasında kimyəvi qoruma proqramı təxirə salınmadan başladılmalıdır. “Flushing” üsulu tətbiq etmədən Qoruma Kimyəvi Proqramına başlanması, gözlənilən qoruma təsirini göstərməyəcəyi kimi suyun xüsusiyyəti və çirkləndiricilərə bağlı olaraq korroziya və lillənməni (çamurlaşma) sürətləndirəcəkdir.

“FLUSHING”-in məqsədi
• Metallardan istehsal olunan boruların istehsal mərhələsində, qəlib ilə forma vermə və anbarlarda saxlama zamanı havada olan nəm və O2-nin oksidləşdirici (korroziv) təsirlərindən qorumaq məqsədi ilə müxtəlif çeşidli yağlı qoruyucu maddələr vurulmaqdadır.
• Qapalı dövr sistemini formalaşdıran boru iç səthindəki yağlı təbəqə sudakı mövcud kimyəvi tərkibini tutmaqda və qısa zaman içərisində çamurlaşma yaratmaqdadır.
• Mexaniki boru sisteminin struktur xarakteristikaları ilə suyun kimyəvi tərkibi zaman keçdikcə sərtləşərək qalın təbəqə yaratmaqdadır.
• Mexaniki boru sisteminin emalı mərhələsində olan qaynaq birləşmələri dəmir qalıntıları ilə inşaat ərazisindən formalaşan qeyri-üzvi toz və hissəciklər boru sisteminin içərisində qalır.
• Qeyd edilən hissəciklər dövrə içərisində təzyiqli suyun təsiri ilə daşınaraq, pompa, istilik dəyişdiricisi, serpantin qazan, siyirtmələr və bənzər cihazların bağlantı nöqtələri ilə içərisinde və əlavə qurğularında toplanmaqdadır.
• Qatı sərt təbəqələşmə və qalıqlar, çeşidli korroziya növlərinin yaranmasını sürətləndirməkdə, bu qatı təbəqə isə termal ötürücülük qabiliyyətini azaltmaqda və maye axışqanlığı rejiminə mənfi təsir göstərməkdədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Bu nəticələrin təsirindən ilə mexaniki boru sistemindəki cihazların və avadanlıqların iş səmərəliliyi əhəmiyyətli dərəcədə azaldığı kimi faydalı iş əmsalı və ömrü azalaraq istifadəyə yararsız hala düşür. Nəticədə, rahatlıq və enerji itkisi (yanacaq, elektrik) ilə birlikdə təxmin edilən amortizasiya və saxlanılma [əmək, maddi] xərcləri artır və ümumi əməliyyat xərcləri yüksəlir. Mexaniki qurğulara mənfi təsir göstərən digər bir risk isə sistemə daxil olan su ilə bərabər bakteriyaların və/və ya xarici təsirlərin borulara nüfuz etməsidir. Sistemdəki bakteriya təsirinin mövcudluğu sistemdə tətbiq olunacaq kimyəvi müdafiə proqramlarının səmərəliliyinin azaldılması ilə bərabər və istilik cihazlarının istilik ötürülməsinə mənfi təsir göstərəcəkdir.

Bu səbəblə yeni istifadəyə verilmiş və ya istifadədə olan istilik və soyutma qapalı dövr sistemləri ilə xüsusi məqsədlər üçün istifadə edilən istilik proseslərində texniki heyətimiz tərəfindən yuyulma prosesini səmərəli şəkildə tətbiq edilməsini tövsiyə edirik.