Haqqqımızda

AquaLink Azərbaycan şirkəti ölkəmizdə su təmizliyi və su hazırlanması sahəsində fəaliyyət göstərməkdədir. Şirkətimiz Avropanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir.

Şirkətimizin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. İçməli su sistemləri;  
  2. Texniki su hazırlanması;
  3. Tullantı su sistemləri;
  4. Su kimyəvi vasitələri;
  5. Su təmizləmə sistemlərinin layihələndirilməsi və məsləhət xidmətləri;
  6. Su sistemlərinin və su anbarlarının kimyəvi yuma xidmətləri (flushing);
  7. Su filtrə sistemlərinin təmir və işə salma xidmətləri;
  8. Laboratoriya xidmətləri;

Aqualink Şirkəti su kimyəvi vasitələri hazırlanması (istehsalı) sektorunda, o cümlədən içmə suyu dezinfektantları, qazanxana, soyutma sistemi kimyəvi əlavələri, səth dezinfektantları və CİP temizliyi sahəsində uzun illik təcrübəsi olan bir müəssisədir. Müəssisənin istehsalı olan bir çox məhsul patentləşdirilib və istifadə və istehsal hüquqları qorunur. Elmi araşdırmalar və sınaqlar nəticəsində bir çox inqilabi kəşflər edilmişdir.

Hazırda AquaLink Azərbaycan şirkəti Amerikanın, Avropanın və Türkiyənin bir çox şirkətlərinin məhsullarını Azərbaycan bazarında satışını və satış sonrası xidmətlərini həyata keçirir. Su təmizliyi, su hazırlanması, layihələndirilməsi və dezinfeksiyası sahəsində xidmətlər göstərən və dünyada geniş bazar payına malik ən öncül şirkətlərin ölkəmizdə təmsilçiliyini həyata keçiririk. Referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz. Bununla yanaşı Almaniyanın su təmizliyində istifadə olunan xüsusi təyinatlı avadanlıqlarının (filtrə, əks osmos, su yumşaldıcıları) idxalı, quraşdırılması və layihələndirilməsi şirkətimiz tərəfindən həyata keçirilir.

İçməli və Texniki suyun hazırlanması sahəsində Danimarkanın EUROWATER şirkətinin rəsmi distribütorluğunu həyata keçirən AquaLink Azərbaycan şirkəti, bu sahədə kompleks həllər təklif edir. Eyni zamanda, satış sonrası texniki xidmət və satılan avadanlıqlara avropa zəmanəti təqdim edilir. Bununla yanaşı, Aqualink şirkəti Danimarkanın Grundfos və Desmi kimi pompa istehsalçılarının layihə tərəfdaşıdır.

Tullantı sularının təmizlənməsi sahəsində Avropanın qabaqcıl firmalarından olan "Nijhuis İndustries" şirkətinin rəsmi nümayəndəsi kimi ölkəmizdə tullantı sularının təmizlənməsi, tullantının dəyərləndirilməsi sahəsində məhsul və xidmətlər təklif edir.

AquaLink Azərbaycan şirkəti Amerikanın "Culligan" şirkətinin rəsmi Azərbaycan tərəfdaşıdır. Culligan şirkəti su və tullantı suları hazırlanmasında unikal həllər təqdim edir.

Aqualink həmçinin Amerikanın 140 illik nəhəngi "AO Smith" şirkətinin Azərbaycanda rəsmi dilerliyini həyata keçirir. AO Smith məişət və sənaye tipli su hazırlanması sahəsində ixtisaslaşmış bir təşkilat kimi, unikal çözümlər və yüksək keyfiyyətli həllər təqdim edir.

Eyni zamanda, Aqualink şirkəti tərəfdaşlıq çərçivəsində əldə etdiyi patentlər əsasında su kimyəvi vasitələrinin istehsalını həyata keçirir. Bunlardan, Xlordioksid, ərpə qarşı (anti skalant) maddə, koagulyant və biosidlər.