Hazır şassi üzərində sistemlər
Etibarlı və səmərəli su hazırlanması üçün şassi üzərində qurulan komplektləşdirilmiş hazır sistemlər
Xüsusiyyətləri
Istehsalat, xidmət və inşaat sektorları üçün istifadəyə hazır və istifadəsi rahat olan şassi üzərində quraşdırılmış su təmizləyici sistem Aqualink-ın standart modul qurğusudur.Bu sistemlər "Plug&Play" (qoş və istifadə et) prinsipi ilə hazırlanmışdır. Bu tipli su təmizləmə sistemləri hərbdə, inşaat ərazilərində, müvəqqəti yerləşmə sahələrində, neft sənayesində və digər sahələrdə istifadə edilir. Sistemə aktivləşdirilmiş təzyiqli su filtrləri, karbon filtrləri, su yumşaldıcı, dozaj qurğusu, torba filtrləri, iki mərhələli Əks Osmos sistemi, turşuluğu azaldan qurğu və idarəetmə paneli daxildir.
İş prinsipi
Suyun hazırlanması filtrasiya, yumşaltma və demineralizasiya kimi bir neçə mərhələdən ibarətdir. Bütün proses mərkəzi nəzarət paneli vasitəsi ilə tənzimlənir. Bu tip stansiyalar yerində quraşdırılmalıdır. İstifadəçi və yaxud podratçının su təmizləmə sistemləri üçün kifayət edəcək yeri yoxdursa və yaxud yeni yerin tikilməsi iqtisadi cəhətdən sərfəli deyilsə, o zaman bu tipli hazır stansiyaların quraşdırılması sizin üçün optimal və ən səmərəli variant ola bilər.