su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida


Öz xəyallarınızın dərinliyinə baş vurun

Aqualink şirkəti ölkəmizin ərazisində çoxsaylı üzgüçülük hovuzları və SPA-lar üçün su təmizləmə sistemlərinin quraşdırılması sahəsində çoxillik təcrübəyə malik ixtisaslaşmış təşkilatdır. Bizim peşəkar komandamız istənilən növ hovuzlar üçün filtrasiya sistemlərinin layihələndirilməsi, qurulması və texniki xidməti üzrə fəalliyyət göstərir:

  • Yarış hovuzları

  • Otel hovuzları

  • Aqua parklar

  • Lüks hovuzlar

  • Hidromasaj hovuzları

  • Üstu açıq və bağlı hovuzlar

  • SPA-lar


 

 

Üzgüçülük hovuzları və SPA-lar üçün həll yolları

 

Üzgüçülük hovuzları üçün filtrasiya sistemləri

Aqualink şırkətinin filtrasiya sistemləri hovuzları çirklənmədən qorumaqla yanaşı bakteriyaların inkişafının da qarşısını alır. Düzgün layihələndirilmiş və quraşdırılmış su təmizləmə sistemi sayəsində ideal şəffaflığa nail ola bilərsiniz. Həmçinin hovuzlara qulluq və dezinfeksiya üçün geniş çeşıddə kimyəvi həll yolları da təklif olunur.



 

 

Su dezinfeksiya sistemləri

 

Dezinfeksiya vasitələri suyun tərkibindəki mikroorqanizmləri məhv edilməsi üçün nəzərdə tutulub. Suyun bakterial çırklənməsi insan orqanizmi üçün çox təhlükəli ola bilər. 

 


 

 

Xlordioksid

 

Uzgüçülük hovuzlarında Aqualink xlordiksidinin istifadəsi bakteriya, virus, göbələk və digər xəstəlik törədicilərinə qarşı effektiv vasitədir. Tətbiqi zamanı qoxu və dad buraxmadığından insan orqanizminə allergik təsir göstərmir. Aparılan araşdırmalar zamanı göz və dəri ilə təması zamanı heç bir əks təsir müşahidə olunmayıb. Aşağı dozada tətbiqi yosunlamanın qarşısını alir, suyun şəffaf görunməsini təmin edir, çökdürücü olaraq və bağlı xloru yox etmək məqsədi ilə də istifadə edilir.  Qulluq xərclərini 50% -ə qədər azaldır.



 

 

Ultrabənövşəyi sterilizatorlar

 

UV şüalanma müəyyən praktiki üstünlüklərə malikdir və bilavasitə sudakı zərərli mikroorqanizmlərin inaktivasiyası üçün tətbiq olunur. Ultrabənövşəyi şüalanma kimyəvi maddələrdən istifadə etmədən bir neçə saniyə ərzində bütün patogen orqanizmlərin 99,99% -dən çoxunu effektiv və etbarlı şəkildə məhv edir.


 

Nəzarət, ölçü və monitorinq cihazları

 

Aqualink sizin hovuzun parametrlərinə uyğun geniş çeşiddə etibarlı analiz və monitorinq sistemləri təklif edir. Bizim sistemlərin idarəetməsı cox sadədir və həttda internet üzərindən hovuzunuzun vəziyyətinə nəzarət edə bilərsiniz. Monitorinq qurğuları avtomatik olaraq eyni zamanda altıya qədər parametrə dəqiqliyi ilə nəzarət edə bilir.


 

 

Hovuz üçün filtrasiya nasosları

 

Üzgüçülük hovuzunun nasosu su təmizləmə sisteminin ən vacib hissəsidir

Filtrasiya nasosu fasiləsiz olaraq suyu filtrasiya sistemi və kimyəvi emal prosesindən keçirərək müxtəlif cirkləndiricilər, çoküntülər və bakteriyalardan təmizləyərək  təkrar hovuza vurur.

Bütün növ hovuların hər birinin təyinatına və xarakteristikasına görə suyun müəyyən edilən norma və standartlara uyğun olması vacibdir. Aqualink şırkəti hovuzlar üçün ən yaxşı, ən etibarlı və texnoloji cəhətdən inkişaf etmiş innovativ su filtrasiya sistemləri təklif edir.