İçməli su sistemlərinin layihələndirilməsi (su filterleri)
Müasir şəbəkə suları, təəssüf ki, çox zaman tələb olunan standartlara cavab vermir. Ona görədə, böyük şəhərlərin əksəriyyətində evlərdə və içməli suyun tələb olunduğu digər yerlərdə su təmizləmə sistemləri quraşdırılır. Bu tip təmizləmə sistemləri sizə içməli su problemini kökündən həll etməyə imkan verir. Məişət sularının təmizlənməsi üçün əsasən aşağıda qeyd olunan filtrasiya sistemləri tətbiq olunur:
- Mexaniki və Karbon filtrləri
- Su yumşaldıcıları
- Əks osmos sistemləri
- İonizatorlar və UV filtrlər
Məişət sularının təmizlənməsi üçün avadanlığın seçilməsi və quraşdırılması suyun çirklənmə səviyyəsinə əsaslanır.
İçməli su təmizlənmə sistemlərinin layihələndirilməsi su mənbəyinin çirklənmə dərəcəsinə və tələb olunan suyun xüsusiyyətlərinə əsasən həyata keçirilməlidir. Bunun üçün isə ilk növbədə suyun labarator analizi aparılmalıdır. Burada suyun təkibində olan duzların, sulfidlərin, dəmirin miqdarı, suyun sərtlik dərəcəsi, bulanıqlığı, qoxu, pH dəyər və s. göstəriciləri müəyyən olunur.
Su təmizləmə sistemlərinin layihələndirmə mərhələləri
Layihələndirmə prosesi əsasən iki hissəyə bölünür:
Hazırlıq mərhələsi
Hazırlıq mərhələsi çirklənmə dərəcəsinin müəyyən edilməsi, müvafiq təmizləmə texnologiyasının seçilməsi, tələb olunan istehsal gücündə avadanlığın müəyyən olunması və layihə smeta sənədlərinin hazırlanmasını əhatə edir.
Xəttin tətbiq olunması
Tətbiq mərhələsi isə istismar sxeminə görə quraşdırılacaq avadanlığın tədarükü, nəqli və quraşdırılmasını özündə cəmləşdirir. Xəttin qurulmasından sonra system su şəbəkəsinə qoşularaq işə salınır. Bundan sonra təmizlənmiş suyun təhlili aparılır və nəticələrə əsasən layihə təhvil verilir.