FLUSHING - Kimyəvi yuma
Termal sistemlərin təhlükəsiz və səmərəli kimyəvi yuyulması
İsitmə - soyutma qapalı dövr sistemlər, soyutma qüllələri, buxar qazanları, buxar generatorları kimi Termal Mexanik Təsisatlar ilə istehsal sənaye prosseslərində, termal transfer axını olaraq istifadə edilən suların, kirəç, çöküntü, lillənmə, aşınma ve bioloji aktivasiya təsirləri mövcuddur. Bu kimi təsirlərdən meydana gələn çöküntülər ciddi enerji itkisinə yol açmaqdadır. Bu məqsədlə isitmə-soyutma qapalı dövr sistemlərdə, xüsusi məqsədlərə görə çalışan termal sistemlərdə flushing əməliyyatlarının aparılması və xüsusilə prosesin yüksək ixtisaslı texniki işçilər tərəfindən təhlükəsiz və peşəkar şəkildə həyata keçirilməsi vacibdir.
Flushing nədir?
“Flushing”, sözünün mənası bol miqdarda su ilə yuma olub, inşaat və mexaniki təsisat lüğətlərində xüsusi ilə qapalı dövr sistemlərə edilən ‘ilk yuma’ üsulu kimi təyin edilmişdir. Lakin fiziki-kimyəvi əlaqələrlə cihaz, avadanlıq və boru divarlarına yapışan qalıqların, çirklərin yalnız su vasitəsilə yuma üsulu ilə aradan qaldırılması və təmizlənməsi mümkün deyildir. Yalnız su ilə edilən “flushing” tətbiqləri sadəcə səthlərdəki fiziki sadə çöküntülərin bir hissəsini təmizləyir. Boru səthlərindəki yağlı təbəqə isə təmizlənmir. Çirklərin böyük hissəsi kimyəvi və fiziki-kimyəvi xassələrlə səthlərə yapışmaqdadır. Bu təbəqələrin aradan qaldırılması məqsədilə cihaz, avadanlıq və borulara zərər verməyən fiziki və kimyəvi xüsusiyyətlərə sahib kimyəvi maddələrin dəstəyi ilə “Flushing” tətbiq edilməlidir.
“Flushing”də kimyəvi maddənin təsir gücü və əlavə olaraq sudakı oksigenin korroziya təsiri nəzərə alınaraq tətbiq müəyyən edilən zaman içərisində həyata keçirilməlidir. “Flushing” tətbiqi sonrasında, boru, avadanlıq və cihazların boru xəttləri təmizlənmiş olduğu üçün alınan əlavə sudakıi oksigenin korroziya təsiri ən yüksək səviyyədə olacaq. Buna görə, yaxalama sonrası kimyəvi qoruma proqramı təxirə salınmadan başladılmalıdır. “Flushing” üsulu tətbiq etmədən Qoruma Kimyəvi Proqramına başlanması, gözlənilən qoruma təsirini göstərməyəcəyi kimi suyun xüsusiyyəti və çirkləndiricilərə bağlı olaraq korroziya və lillənməni sürətləndirəcəkdir.
Çirklənməni yaradan səbəblər
Metallardan istehsal olunan boruların istehsal mərhələsində, qəlib ilə forma vermə və anbarlarda saxlama zamanı havada olan nəm və O2-nin oksidləşdirici təsirlərindən qorumaq məqsədi ilə müxtəlif çeşidli yağlı qoruyucu maddələr vurulmaqdadır. Qapalı dövr sistemini formalaşdıran boru iç səthindəki yağlı təbəqə sudakı mövcud kimyəvi tərkibi tutmaqda və qısa zaman içərisində çamurlaşma yaratmaqdadır. Mexaniki boru sisteminin struktur xarakteristikaları ilə suyun kimyəvi tərkibi zaman keçdikcə sərtləşərək qalın təbəqə yaratmaqdadır. Mexaniki boru sisteminin emalı mərhələsində olan qaynaq birləşmələri dəmir qalıntıları ilə inşaat ərazisindən formalaşan qeyri-üzvi toz və hissəciklər boru sisteminin içərisində qalır. Qeyd edilən hissəciklər dövrə içərisində təzyiqli suyun təsiri ilə daşınaraq, pompa, istilik dəyişdiricisi, serpantin qazan, siyirtmələr və bənzər cihazların bağlantı nöqtələri ilə içərisinde və əlavə qurğularında toplanmaqdadır. Qatı sərt təbəqələşmə və qalıqlar, çeşidli korroziya növlərinin yaranmasını sürətləndirməkdə, bu qatı təbəqə isə termal ötürücülük qabiliyyətini azaltmaqda və maye axışqanlığı rejiminə mənfi təsir göstərməkdədir.
“FLUSHING” - i şərtləndirən səbəblər
Qeyd olunan amillərin təsiri ilə mexaniki boru sistemindəki cihazların və avadanlıqların iş səmərəliliyi əhəmiyyətli dərəcədə azaldığı kimi faydalı iş əmsalı və ömrü azalaraq istifadəyə yararsız hala düşür. Nəticədə, rahatlıq və enerji itkisi (yanacaq, elektrik) ilə birlikdə təxmin edilən amortizasiya və saxlanılma xərcləri artmaqla ümumi əməliyyat xərcləri yüksəlir. Mexaniki qurğulara mənfi təsir göstərən digər bir risk isə sistemə daxil olan su ilə bərabər bakteriyaların və xarici təsirlərin borulara nüfuz etməsidir. Sistemdəki bakteriya təsirinin mövcudluğu sistemdə tətbiq olunacaq kimyəvi müdafiə proqramlarının səmərəliliyinin azaldılması ilə bərabər və istilik cihazlarının istilik ötürülməsinə mənfi təsir göstərir.