LG Sonic - Yosun əleyhinə unikal çözüm
Bu ultrasəs texnologiyalı avadanlıq göl və su anbarlarında yosunlaşmaya nəzarətin iqtisadi cəhətdən effektiv və tam həllini təmin edir. Avadanlıq su keyfiyyəti ilə bağlı məlumatların real-rejimdə oxunmasını özündə birləşdirən yosunlaşmaya qarşı unikal çözümdür.
Yosunların nəzarət və monitorinqini LG Sonic ilə aparın
Bu avadanlıq yosunların göl və su anbarlarında nəzarəti üçün iqtisadi cəhətdən effektiv və tam həllini təmin etmək üçün özündə su keyfiyyətinin onlayn yoxlanması və ultrasəs texnologiyasını birləşdirir.
Günəş enerjisi ilə ultrasəs dalğalarından istifadə edilərək yosunların nəzarətdə saxlanılması
Yosun növündən asılı olaraq, müəyyən ultrasəs parametrlərini ötürən bir və ya bir neçə LG Sonic quraşdırılması lazımdır. Hər bir qurğu 500 m / 1600 fut diametrə bərabər olan sahələrdə yosunları idarə edə bilir.
Su hövzələrində yosunlaşmanın effektiv idarəolunması
Mövcud yosunların 90%-ə qədərini məhv edir və yeni yosunların yaranmasının qarşısını alır. Bundan əlavə, LG Sonic TSS, BOD səviyyəsini aşağı salmağa və kimyəvi maddələrin istifadəsini azaltmağa imkan verir.
Ətraf mühit üçün zərərsizdir
LG Sonic-in ultrasəs dalğaları balıq, bitki, zooplankton və həşəratlar üçün tamamilə zərərsizdir. Avadanlıqlar aşağı gərginlikdə işlədiyi üçün (5-20 Vt), suya yüksək gərginlik ötürülmür.
Zəhərli tullantıları mövcud deyil
Yosunların hüceyrə divarcığı zədələnməmiş olaraq qalır, zəhərli maddələrin yosunlardan suya atılmasının qarşısı alınır.
Böyük su hövzələrində səmərəlidir
Hər bir LG Sonic qurğusu 500 m / 1600 fut diametrə malik olan sahələrdə mövcud olan yosunlara nəzarət edə bilir. İri su hövzələri üçün bir neçə avadanlıq quraşdırmaq mümkündür.
Minimal istismar xərcləri
Sistem günəş enerjisi ilə avtonom qaydada işləyir və mütəmadi nəzarət prosedurlarının azaltmaq məqsədi ilə Aquawiper sistemi ilə təchiz olunub.
Asan quraşdırma və istismar
Krana ehtiyac duyulmadan tez və asan bir şəkildə quraşdırıla bilir. Quraşdirildıqdan sonra çox rahatlıqla istismar oluna bilir.
İşləmə qaydası
1. Suyun keyfiyyətinə nəzarət
LG Sonic hər 10 dəqiqədən bir aşağıdakı parametrləri toplayaraq su keyfiyyətinin tam icmalını təqdim edir: xlorofil α (yaşıl yosunlar), fikosianin (göy-yaşıl yosunlar), pH, bulanıqlıq, həll olunmuş oksigen və temperatur.
2. Yosun çiçəklənməsinin pronozu
Toplanan məlumatlar real vaxt rejimində radio, GPRS və ya 3G vasitəsi ilə şəbəkə proqram təminatına ötürülür. Tərəfimizdən işlənib hazırlanan alqoritmin əsasında, konkret su şəraitinə uyğun olaraq ultrasəs rpoqramını modifikasiya edə və yosunların çiçəklənəcəyini bir neçə gün əvvəldən proqnozlaşdıra bilirik.
3. Yosunlara nəzarət
Ultrasəs proqramı qəbul olunan məlumatın əsasında su şəraitinə və mövcud yosun növünə uyğun olaraq aktivləşdirilə bilir. Beləliklə, mövcud yosunları aradan qaldırmaq və yeni yosunların böyüməsinin qarşısını almaq olur.
Peyk idarə sistemi ilə yosunların yayılma xəritəsi hazırlanır
Zondla tədqiq etmə vasitəsilə peyk texnologiyası yosunların iri su hövzələrində paylanmasının çoğrafi xəritəyə dəqiq köçürməyə imkan verir.
LG Sonic-in köməyi ilə artıq müəyyən əraziyə aid yosun növlərinin dəqiq aşkarlanması da mümkündür. Uzaqdan zondla tədqiq edilən peyk texnologiyasının inteqrasiyasının sayəsində iri su hövzələrində yayılmanın tam icmalını əldə etmək mümkündür.
Su keyfiyyətinin qabaqcıl proqram təminatı
Real vaxtda su keyfiyyətinə dair məlumatlar əsasında LG Sonic ultrasəs proqramı konkret şəraitə uyğun olaraq modifikasiya edə bilir.
MPC-View proqram təminatı istifadəçilərə su keyfiyyətinə və ultrasəs işlənməsinin gedişatına visual şəkildə nəzarət etməyə imkan verir. Gölün cari vəziyyətini yoxlamaq, ultrasəs proqramını dəyişmək və yosunların çiçəklənməsinin qarşısını almaq məqsədi ilə əməkdaşlarımız real vaxtda su keyfiyyətinə aid eyni məlumatları əldə edir.
Asan quraşdırma və istismar
LG Sonic qurğusu krandan istifadə etmədən cəld və asan şəkildə quraşdırıla bilir. Sistem quraşdırıldıqdan sonra xidmət göstərilməsi üçün olduqca əlverişlidir.
LG Sonic Monitoring – asan yığılan və quraşdırılan modul cihazlarıdır. Konstruksiya yüngül olduğu üçün, qurğunun quraşdırılması və bağlanması üçün gölün mərkəzinə daşınması zamanı sizə yalnız kiçik bir qayıq lazım olacaq.