su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida


 

Otel və mehmanxanalar üçün su təmizlənməsi üzrə həll yolları   

 

Digər xidmət, iaşə obyektləri kimi, etel və mehmanxanalar da suyun cox istifadə olunduğu yerlərdir.

Sudan yeməklərin və içkilərin hazırlanmasından başlayaraq isitmə və soyutma sistemlərində, yuyunma və təmizlik işləri və s. ehtiyaclar üçün geniş istifadə olunur. Ona görə su xətlərinizdə axan suyun keyfiyyəti, qonaqlarınızın rahatlığı, təhlükəsizliyi və keyfiyyətsiz suyun sizi qarşılaşdira  biləcəyi əlavə xərcələrdən sığortalanmanız baxımından çox önəmlidir.

 Bununla yanaşı müəssisənin su təsərrüfatı, və keyfiyyətli su təminatında avadanlıq, servis, ehtiyat hissələri və s. məsələlərin müxtəlif şırkətlərə həvalə olunması xərclərin artması və vaxt itkisi baximindan səmərəli deyil.

Su təmizlənməsi və hazırlanması sahəsində çoxillik təcrübəyə malik Aqualink şırkəti əlavə xərclərə düşməməyiniz, vaxta, xərclərə qənaət etməniz və su təsərrüfatınızın səmərəli çalışması üçün avadanlıqların, kimyəvi maddələrin təminatında, texniki xidmət məsələlərində kompleks həll yolları təklif edir. 


                                      

Otel otaqları  

 

Müştərilərin növbəti dəfə sizin oteldə qalıb qalmamaq haqqında qərar verdikləri yer əlbətdəki otel otaqlarıdır. Qonaqlar su içərkən stəkanlardan istifadə edir, içkilərınə buz qoyur, vanna otağında yuyunur. Ona görə otaqlarda istər dad və görünüş istərsədə, gigiyena baxımından hər şey ideal olmalıdır.

Kompleks su təmizləmə sistemləri ilə yanaşı Aqualink kran və duş üçün dəyişdirilə bilən filtrlər və filtr başlıqlar təklif edir.


 

Restoran və yeməkxanalar

 

Qonaqlara və sizə lazımdır ki, onlar yemək üçün əyləşərkən masanın üzərində qab-qacaq büllur kimi kim parıldasın və yemək dəstlərinin üzərində hec bir ləkə olmasın. Aqualink şırkətinin təqdim etdiyi su yumşaldıcı filtrlər suyun tərkibindəki kirəc əmələ gətirən və boşqabların, mətbəx dəstlərinin üzərində ləkələr buraxan mineral və duzları təmizləyərək onların qüsursuz gorünməsini təmin edəcək. Yumşaldılmış su ilə yuyucu vasitələrdə kifayət qədər qənaət edəcək və avadanlıqlarınızın ömrünü uzadacaqsız.

Su, yeməklərin və ickilərin dadlı, ləziz alınması üçün ən önəmli vasitədir. Aqualink şirkəti yeməkxana və restoranlara buxarlı yemək masaları, qəhvə və buz hazırlayanlar, içki avtomatları və sair mətbəx avadanlıqlarının üzunömürlü olması, qüsursuz və enerjiyə qənaət edərək çalışması üçün kompleks həll yolları təklif edir.


 

Camaşırxana

 

Aqualink çırkətinin təqdim etdiyi su filtrasiya sistemləri və su yumşaltma qurğuları camaşırları əla vəziyyətdə saxlamaqla onların istifadə müddətini uzadacaq. Yuma prosesini keyfiyyətli su ilə həyata keçirməklə hər ay yuyucu vasitələr, kimyəvi ağardıcılar, enerji xərclərindən kifayət qədər qənaət edəcək, paltaryuyan maşınlarınızın ömrünü uzadacaqsız.

Elmi araşdırmalara görə su yumşaldıcılarından istifadə, hətda aşağı temperaturlarda belə ləkə çıxarmanı artırır, yuyucu vasitələrin yuyuculuq qabiliyyətini yaxşılaşdırır. Digər araşdirmaya görə yumşaq su parçanin lifləri arasına daha yaxşı nüfuz edərək orada yuyucu vasitə qalıqlarının yığılmasının qarşısını alır, camaşırların daha uzunömürlü olmasını təmin edir.


 

İsitmə və soyutma sistemləri  

 

Su qızdırıcı qazanların və soyutma sistemlərinin kəsintisiz və məhsuldar işləməsi qonaqların komfortlu istirahəti baxımından həyati əhəmiyyət daşıyır. Aqualink çırkətinin su yumşaltıcı filtrlər, əks osmos sistemləri, deionizatorlar və kimyəvi maddələrdən ibarət koplek həll yolları qurğularınızın daha qənaətli, kəsintisiz, təhlükəsiz və səmərəli işləməsi üçün nəzərdə tutulub.

Aqualink şırkətinin geniş çeşıddə məhsulları su şəbəkənizin effektiv və etbarlı çalışmasını təmin edəcək.


                                                                                                             

Üzgüçülük hovuzları və sağlamlıq mərkəzləri   

 

Aqualink şırkəti bütün növ hovuzların və cakuzi sularının filtrasiya , kimyəvi dezinfeksiya və texniki baxışını yüksək peşəkarlıqla həyata keçirərək onların daim təmiz, təhlükəsiz və şəffaf görünüşünü təmin edir.


 

 

Gözəllik salonları

 

Əyər sizin müəssisə gözəllik salonu və bərbərxana xidmətləri göstərirsə o zaman müştərilərin məmnuniyyətini qazanmaq üçün yumşaldılmış və xlorsuz sudan istifadəniz cox vacibdir. Aqualinkin gözəllik salonları və bərbərxanalar üçün nəzərdə tutulmuş kompleks həll yolları ilə müştərilərinizin saçları ipək kimi yumşaq, dəriləri təravətli olacaq.