su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida

Keyfiyyətli su yeməklərə dad və ləzzət verən əsas komponentdir

 

Müştəri yemək üçün masa arxasına əyləşərkən gərək masadakı bütün boşqablar, bakallar büllur kimi parıldasın. Aqualink şirkətinin qabların yuyulması üçün təklif etdiyi çözümlərlə mətbəx dəstlərinizin qüsursuz görünüşü müştərilərin zövqünü oxşayacaq. Təqdim etdiyimiz avadanlıqlarla təmizlənmiş və yumşaldılmış su, öz növbəsində sizin yuyucu vasitələrə olan tələbatınızı azaldmaqla qənaət etmənizi təmin edəcək.

Səmərəli həll yollarını tətbiq etməklə bahalı avadanlıqlarınızın istismar müddətini uzadmaq olar. Cod su sizin avadanlıqlara ciddi ziyan vuraraq, onların iş qabiliyyətini azaldır,  tez sıradan çıxmasına zəmin yaradır. Bizim su təmizləmə sistemlərinin köməyi ilə avadanlıqlarınızın ömrünü uzadaraq yatırımlarınızı qoruyun.

Su, yeməklərin və içkilərin hazırlanmasında çox yer tutur. Yemək hazırlanmasından başlayaraq buxarlı masalarda, qəhvə, buz, soyuq və isti içki avtomatlarına qədər tələb olunan hər yerdə Aqualink sizi ən keyfiyyətli su ilə təmin edəcək həll yolları təklif edir.

 

Aqualinklə əməkdaşlıqdan əldə edəcəkləriniz:

  • Ləkəsiz və parıldayan mətbəx dəstləri. Hansı ki, müştərilərdə xoş təəsürat yaradacaq
  • Yeməkləriniz və içkiləriniz daha ləzzətli olacaq
  • Ümumi istismar xərcləri azalacaq
  • Komunal xərclərdə, kimyəvi və yuyucu vasitələrdə qənaət edəcəksiniz
  • Texniki xidmət və təmir səbəbindən fasilələr azalacaq

 

Kimyəvi təsirə məruz qalmadan yaxşılaşdırılmış dad və qoxu

Xlor kimi dezinfeksiya edici kimyəvi maddələr şəbəkə sularına təhlükəsizlik məqsədləri ilə qatılır. Amma bu suya xoşagəlməz qoxu və tam verir. İaşə obyektlərində yemək hazırlanmasından başlayaraq qabların yuyulmasına qədər butun iş mərhələlərində sudan geniş istifadə olunur. Tərkibi müxtəlif çöküntü və çirkləndiricilərlə zəngin olan şəbəkə suları yeməklərinizin və içkilərinizin keyfiyyətini aşağı salmaqla bərabər avadanlıqlarınızın istismar ömrünə , iş əmsalına neqativ təsirini göstərəcək. Aqualink su filtrasiya sistemləri pis dad və qoxu ilə bağlı problemləri tamamilə aradan qaldırır.

 

Cod su və digər çirkləndiricilər

 

İaşə müəssisəsinin iş prosesində iki tip avadanlıqlar xüsusi yer tutur: Buz hazırlayan maşınlar və isti su ilə çalışan avadanlıqlar ( qəhvə hazırlayıcı, samovarlar, buxarla bişirən qazanlar, qabyuyan maşınlar)

Su öz formasını dəyişdikdə - məsələn, donduqda və yaxud buxar halına çevrildikdə tərkibindəki mineralları buraxır. Əlaqəyə girdiyi səthlərdə yapışıb qalan kirəcin əsasını bu minerallar təşkil edir. Suyun tərkibindəki mineralların həcminə görə suyun codluq səviyyəsi dəyişir. Ümumi şəbəkəyə verilən suların isə codluğu tənzimlənmir.

Cod su istifadə zamanı avadanlıqlarda kirəc təbəqəsinin yaranmasına səbəb olur. Sadəcə 1mm kirəc soyuducu və yaxud qızdırıcı avadanlıqların iş əmsalını 10% aşağı salır. Bu isə təbii olaraq enerji sərfiyyatını artırır, avadanlıqların vaxtından əvvəl sıradan çıxmasına və işin dayanmasına səbəb olur.

Aqualink şirkəti sadalanan problemlərlə qarşılaşmamağınız üçün sizə ən son texnologiyalar əsasında hazırlanmış su filtrasiya,  su yumşaldıcı və əks osmos sistemlərinin köməyi ilə səmərəlı və effektiv həll yolları təklif edir.

 

Servis xidməti – bizim ekspertlərə etibar edin

Texniki xidmət işini Aqualink şirkətinin peşəkar mütəxəsislərinə etibar edərək rahatlıqla digər işlərinizə köklənə bilərsiz. Sizin su və su təmizləmə sistemləriniz etibarlı əllərdə olacaq.