Şəbəkə suyu və şəhər su sistemləri üçün təkliflər

 

 

 

                                    Su təsərrüfatları əhalinin içməli su ilə təminatında ciddi problemlərlə üzləşirlər

 

  Əhalinin artması və içməli suya olan tələbatın çoxalması ilə bu sahədəki infrastrukturun üzərinə ağır yük düşür.Tələbatın artması fonunda içməli su ehtiyatlarının getdikcə azalması suların təkrar emal olunaraq istifadəsini aktuallaşdırır.Culligan şırkətinin su təmizləyici modul sistemləri, bu sahədə olan problemlərin etibarlı, sərfəli və operativ həll yollarını təklif edir.

 

Çox elementli filtrasiya  

 

Culligan 80 ildən artıqdır ki,  müxtəlif elemenlər vasitəsilə təzyiqli filtrasiyada yeni texnonologiyaları tətbiq etməkdə dünyada ilk sıralarda yer tutur və dünyanın

müxəlif yaşayış məntəqələrində  içməli suyun filtrasiyası yollarını təkmilləşdirməkdə davam edir.

Problemli su üçün effektiv həll yolu olaraq, aktiv elementlər vasitəsilə suyun tərkibindəki dəmir, manqan, ammonyak, bulanıqlıq və digər çirkləndiricilərdən təmizlənməsi. Ənənəvi filtrasiya sistemlərindən 60%-ə qədər kiçik.  Culligan şirkətinin yüksək təzyiqli filtrasiya sistemləri artırılmış təmizləmə sürətinə malik olmaqla, qravitasiya filtrasiya sistemlərindən 60% daha az yer tutur.

Su təmizləmə sistemləri quraşdirmağı planlaşdirarkən gələcəyi düşünün.  Culligan modul konstruksiyalari çox geniş diapazonda işləmə qabiliyyətinə malik olmaqla yanaşı,  təmizləmə normativlərin dəyişməsinə ehtiyac duyulduğu istənilən vaxt parametrləri yenilənə bilir. Bu sistem geniş su şəbəkəsinə qoşulmanın iqtisadi cəhətdən sərfəli olmadığı, ucqar yerlərdə quraşdirilmaq üçün ideal variantdır.

 

 

İçməli suyun təmin olunması üçün tərs osmos sistemləri

 

Culligan şirkətinin çay, quyu ve digər su mənbələrindən alınan suyun tərs osmos üsülu ilə təmizlənməsi, həmçinin dəniz suyunun tərs osmos vasitəsilə duzsuzlaşdırılması sahəsində böyük təcrübəsi vardır.

Bizim təcrübəli mütəxəsislərdən ibarət geniş işçi qrupumuz tərəfindən sizin obyekt minimum  ekspluatasiya xərcləri ilə təhlükəsiz və etibarlı içməlı su ilə təmin olunacaq.

Sistemlərimiz asan və rahat quraşdirila bilən hazır konstruksiyalar formasında olduğundan tikinti xərclərinə də, qənaət olunur.

 

 

 

                                                          Əlverişsiz yerlər üçün nəzərdə tutulan konteyner tipli su təmizləmə qurğuları

 

 

Culligan su təmizləmə sistemlərini  konteynerlərdə quraşdiraraq tam avtonom sistem yaratmaq mümkündür. Avadanlıqlarının modul konstruksiyası sayəsində, su təmizləmə sistemi sizi istədiyiniz keyfiyyətdə su ilə təmin edəcək.