su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida

Tibb müəssisələri və səhiyyə təşkilatları üçün təhlükəsiz və etibarlı su təchizatı


Xəstəxanaların bütün fəaliyyət istiqamətlərində su geniş istifadə olunur: yuma, sterilizasiya, labaratoriya, dializ, isitmə və soyutma və s. Buna görə keyfiyyətli su, xəstələrin, personalın sağlamlığı, təhlükəsizliyi, və rahatlığı üçün böyük önəm daşıyır. 

Su təsərrüfatı sistemlərinin çox zaman peşəkarlara etibar edilməməsi, müəyyən problemlərə, əlavə xərclərə və zaman itkisinə gətirib çıxarır. Aqualink şirkəti sizə su təsərrüfatınızın qüsursuz çalışması üçün ən yeni texnoloji avadanlıqların, kimyəvi maddələrin təchizatında və texniki xidmətində etibarlı tərəfdaş ola bilər. Su təmizlənməsi və hazırlanması üçün bütün məhsullar və xidmətlər ən yüksək tibbi və sanitariya standartlarına cavab verir.

 


         Xəstəxanalarda suyun istifadə sahələri

         Xəstəxana palataları

Ən keyfiyyətli suyun tələb olunduğu yer əlbətdə palatalardır. Çünki palatalar xəstələrin ən çox vaxt keçirdiyi və bilavasitə sağalma prosesinin keçdiyi yerdir. Aqualink burada içməli suyun, duş üçün olan və digər məqsədlər üçün istifadə oluna biləcək suların təmizlənməsi üçün geniş diapazonda məhsullar təklif edir.


 

         Hemodializ

Aqualink şirkətinin təklif etdiyi hemodializ üçün su təmizləmə sistemi uzun müddətdir xəstəxanalarda müvəffəqiyyətlə və etibarlı bir şəkildə istifadə edilir. Sistemlərimiz UNI EN ISO 13485: 2004 tibbi cihazları üçün ən ciddi tələblərə tam cavab verir və ən son texnologiyalarla ilə daim yenilənir. Bizim peşəkarlardan ibarət əməkdaşlarımız operativ şəkildə dializ suyu sistemlərinin texniki servis xidmətlərini həyata keçiir.

 


 

İsitmə və soyutma sistemlərinin kəsintisiz  işləməsi, pasiyentlər və personal üçün həyati əhəmiyyət daşıyır

Aqualink şirkətinin təqdim etdiyi, su yumşaldıcı, deionizator, əks osmos sistemləri və kimyəvi maddələrdən ibarət kompleks həll yolları, sizin qurğuların təhlükəsiz, effektiv və kəsintisiz çalışması üçün nəzərdə tutulub.

Bununla yanaşı Aqualink, legionella bakteriyalarının yayılmasının qarşısının alınması, profilaktikası zamanı prosesin bütün aspektlərini əhatə edən geniş diapazonda çözümlər təklif edir. Bura monitorinqlərin aparılaraq risk faktorlarının müəyyən olunması, labarotor analizlər, suyun təmizlənməsi və kimyəvi dezinfeksiyası daxildir.

 


 

Hidroterapiya, üzmə hovuzları, reabilitasiya mərkəzləri

Müalicəvi və reabilitasiya hovuzlarıda daxil olmaqla bütün növ hovuzların təmizlənməsi, kimyəvi dezinfeksiyası və texniki baxışı şırkətimiz tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir.


 

 

Camaşırxana otağı

Təklif etdiyimiz su filtrasiya sistemləri və su yumşaltma qurğuları camaşırları əla vəziyyətdə saxlamaqla onların istifadə müddətini uzadır. Yuma prosesini keyfiyyətli su ilə həyata keçirməklə hər ay yuyucu vasitələr və kimyəvi ağardıcılardan kifayət qədər qənaət etmiş olacaqsız.

 


 

 

Yeməkxanalar

Keyfiyyətli su, yeməklərin və içkilərin dadlı və ləziz alınması üçün böyük əhəmiyyət daşıyır. Buxarla yemək isidən masalardan, qəhvə hazırlayana və buz maşınlarına qədər ehtiyac duyulan hər yerdə yeməkxanaların qüsursuz xidmət göstərməsi üçün səmərəli çözümlər təklif olunur.

Aqualink su yumşaldıcıları ilə yemək dəstləri ləkəsiz və parlaq olmaqla yanaşı, yuyucu vasitələrdən kifayət qədər qənaət  edəcək və su ilə çalışan qurğuların sıradan çıxmasında əsas faktor olan kirəcdən azad olmaqla avadanlıqlarınızın istismar müddətini uzadacaqsız.