Montaj, Təmir və Xidməti qulluq
Yüksək ixtisaslı peşəkar mütəxəssislər
Aqualink şırkətinin texniki servis xidmətinin mütəxəssisləri su sistemlərində ortaya çıxa biləcək hər hansı bir problemi tez bir zamanda müəyyən edərək aradan qaldıra bilən və öz xidmət sahələri üzrə tam təlim görmüş peşəkar mütəxəsslərdir.
Aqualink şirkəti tərəfdaşlıq etdiyi, su təmizləmə və hazırlama sahəsində 80 ildən artıq təcrübəsi olan dünya şirkətlərinin çoxillik təcrübəsinə əsaslanaraq sizə bu sahədə peşəkar ekspert və texniki servis xidmətləri təklif edir. Bizim mütəxəssislər sizə su hazırlama sisteminizin montajı, təmiri, təkmilləşdirilməsi, istehsal gücünün artırılması və texniki xidmət sahəsində peşəkar xidmətlər göstərə bilər. O cümlədən su sisteminin modifikasiya imkanları, içmə, texniki və tullantı sularının təmizlənməsi üçün yeni sistemlər haqqında onlardan peşəkar məlumatlar əldə edə bilərsiniz.
Çoxillik təcrübəsi və böyük istehsal gücü olan Aqualink şirkəti içməli su, sənaye və istehsalat sahələrində, qazanxana suları, suvarma, isitmə və soyutma sistemləri kimi sahələrdə su hazırlama və təmizləmə layihələri həyata keçirir. Bu bizim geniş fəaliyyət sferamızın kiçik bir hissəsidir. Sizi maraqlandıran səhələr üzrə məlumat və konsultasiya almaq üçün bizə müraciət edin.
Aqualink, peşəkar və innovativ keyfiyyətli su hazırlanma xidmətləri ilə daim yanınızdadır!