AQUALİNK TANDEM SU YUMŞALTMA SİSTEMLƏRİ
İon mübadiləsi vasitəsi ilə suda codluğun aşağı salınmasında tətbiq edilir
Xüsusiyyətləri
Su yumşaldıcısı niyə lazımdır?
Suyun öncədən yumşaldılması durulama və yuma prosesləri də daxil olmaqla bir çox istehsal prosesinə faydalıdır. Yumuşatma borularda, buxar qazanlarında, su qızdırıcılarında, mərkəzi istilik sistemlərində, istilik dəyişdiricilərində və soyutma qüllələrində kalsiumun (ərp) formalaşmasına (yerləşməsinə) mane olur.
Suyun yumşalması nəticəsində, durulama və yuma prosesləri üçün nəzərdə tutulan təmizləyicilərin və yumşaldıcıların istifadəsi əhəmiyyətli dərəcədə azalır, proses isə keyfiyyət baxımından yaxşılaşır. Bu halda suyun yumşalması üçün kimyəvi reagentlərin ənənəvi istifadəsindən imtina etmək mümkündür. Başqa sözlə, yumşalma buxar qazanları və su qızdırıcıları içərisində enerji istifadəsini optimallaşdırır, kimyəvi reaktivlərin istifadəsini minimuma endirir və boru kəmərləri sistemləri və armaturları daxil olmaqla, avadanlıqların ömrünü uzadır. Yumuşatma sistemləri tekstil, kimya, energetika, qida, maşınqayırma və digər sənaye sahələrində geniş tətbiq olunur.
Fərdi həll yolları
Məhsul diapazonu 150 m³ / saata qədər axın həcminə malik standart seriyadan ibarətdir. Belə geniş çeşidli məhsullar fərdi su yumşaltma ehtiyacları üçün optimal investisiya seçimi etməyə imkan verir.
Optimal seçim
Uyğun avadanlığın seçimi, sistemin tətbiq sahəsinə, qaynaq suyunun keyfiyyəti və axın həcmindən asılıdır. Aqualink personalının bilik və uzunillik təcrübəsi ən optimal texniki həllərin seçilməsində sizə tövsiyələrini verəcək.
Fasiləli su istehlakı
Bir süzgəclə yumşaltma, qeyri-sabit su istehlakı üçün optimal bir həll yoludur. Eyni zamanda bu quraşdırma az yer tutur.
Daimi su istehlakı
Bu seriyanın bütün qurğuları daimi su istehlakı rejimində dubleks rejimdə iki filtr ilə hazırlanır. Əlavə olaraq, üç filtrlə (üçqat) xüsusi qaydada quraşdırılması mümkündür.
Məhsulun modeil |
ST-3072 |
ST-3672 |
ST-4272 |
ST-4872 |
ST-6386 |
Məhsuldarlıq m3/saat |
20 |
27 |
32 |
42 |
50 |
Çən ölçüləri |
775 x 2050 |
975 x 2150 |
1075 x 2400 |
1225 x 2400 |
1600 x 2500 |
Bağlantılar |
50-50-25 |
65-50-25 |
65-50-25 |
80-50-40 |
80-50-40 |
Qətran (resin) lt |
500 |
750 |
900 |
1200 |
1800 |
Quartz kg |
150 |
200 |
300 |
500 |
800 |