Tərəfdaşlarımız
AquaLink dünyanın ən tanınmış şirkətləri ilə əməkdaşlıq edir
Azərbaycanda peşəkar su təmizləmə və hazırlama sahəsində xidmət göstərən Aqualink şirkətinin fəaliyyətinin prioritet əsaslarını müştərilərə ən səmərəli və yeni texnologiyalar əsasında hazırlanmış məhsullarla onların məmnuniyyətini qazanmaq təşkil edir . Aqualink su təmizlənməsi və hazırlanması sahəsində Avropanın ən tanınmış şirkətləri ilə əməkdaşlıq edir.
Bizim işə yanaşma prinsipimiz texnoloji baxımdan ən innovativ, ekoloji cəhətdən ən təmiz, maddi tərəfdən ən səmərəli texnologiyalara əsaslanan həll yolları və təkliflərlə ev, ofis və istehsal sahələrinə maksimum dəstək verməkdir.
Biz bu sahədə 80 ildən çox təcrübəsi, dünyada satış və servis üzrə geniş şəbəkələri mövcud olan partnyorlarımıza və yüksək ixtisaslı mütəxəssislərimizə güvənirik.
EUROWATER, sənaye sahələri üçün yüksək keyfiyyətili, enerji sərfiyyatı baxımından səmərəli və istifadədə uzun ömürlü su təmizləmə sistemlərinin istehsalı və tətbiqində geniş dünya təcrübəsinə malikdir. Su təmizlənməsində ən optimal məhsullar və yüksək ixtisaslı mütəxəssislərlə xidmət gostərmək prinsiplərinə söykənir. Su təmizləmə sistemləri dözümlülüyü, yüksək keyfiyyəti, etibarlılığı ilə tanınır.
CHEMYA şirkəti son alman texnologiyası ilə patentli məhsulların istehsalı üzrə ixtisaslaşmış şirkətdir. Şirkətə məxsus məhsullar üzrə uzun illər aparılan elmi tədqiqat işləri (R&D) nəticəsində istehsalı və patenti şirkətə məxsus yeni nəsil dezinfeksiya vasitəsi - xlordioksid, universal anti-skalantlar və digər növ stabilləşdiricilər mövcuddur.
1930-cu ilin əvvəlində Amerikada qurulan Culligan şirkəti, hazırda dünyanın 100 - dən çox ölkəsində təşkilatlanmış və dünyadakı su problemləri üçün ən mütərəqqi məhsul və çözümlər təqdim edən, su təmizləmə texnologiyalarında inkişaf yolunu açmışdır. Culligan, Azərbaycanda su təmizləmə sektorunda uzun illər xidmət göstərməklə birlikdə 2014-cü ildən etibarən Aqualink şirkəti tərəfindən rəsmi təmsil edilir. Culligan ABŞ, Kanada, İtaliya, İspaniya və Dubayda yerləşən fabrikləri ilə dünyanın 100-dən çox ölkəsindəki distribyutor, agent, ofis və fabrikləri ilə geniş şəbəkədə xidmətlər təklif edir.
Hollandiyanın tullantı su təmizləmə, biogaz və ozonator sistemləri hazırlanması sahəsində nəhəng müəssisəsi olan Nijhuis İndustries dünyada məmnun 2400-dən çox məmnun mütərisi və 3000-dən çox uğurlu layihəsi ilə öz sektorunun lideridir. Biz uzunmüddətli təcrübə və tətbiqi biliklərimizi birləşdirərək, ən yüksək səviyyəli yeniliklərlə qatı həllər təqdim edə biləcəyimizə inanırıq. Nijhuis 1904-cü ildə təsis edilib və müştəriyönümlü yanaşma, dünyada 2400-dən çox referans ilə şirkət tariximizdə əhəmiyyətli dəyərlər formalaşdırmaqdadır.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |