su filtrləri su filtreleri su filterleri su filterləri qiymetleri ideal su filtri su filtrleri su filteri Bakida


Sənaye və istehsal müəssisələri üçün effektiv həll yolları

Buxarın tərkibindəki enerji rahat daşınabildiyi üçün sənayenin bütün sahələrində və isitmə sistemlərində geniş tətbiq edilir. Bununla yanaşı təbii olaraq suyun tərkibində həll edilmiş halda bəzi qazlar (O2 ,CO2), kimyəvi maddələr (Ca, Mg, Na, Fe kimi kationları, CO3 , HCO3 , Cl, SO4 , kimi anionları)  və mikroorqanizmlər vardır. Bu maddələr  buxar istehsalı zamanı sistemdə ciddi problemlər yaradır. Qeyd olunan problemlərdən şıxış yolu kimi suyu tərkibindəki mineralları təmizləmək və yaxud problem yaradan kimyəviləri problemləri həll edən digər kimyəvilərlə əvəzləmək lazımdır. Qeyd olunan əməliyyatlar buxar qazanı suyunun hazırlanması adlanır.


 

 Qazan suyunun hazırlanma mərhələləri 

• Suyun qazana girmədən öncə hazırlanması ( Ön Təmizləmə)

• Bəslənmə suyunun hazırlanması (Qazan içi təmizləmə)


 

Ön təmizləmə 

  •  Filtrasiya: Suyun qatı maddələrdən təmizlənməsi
  •  Suyun yumşaldılması: Suya sərtlik verən kalsium və maqnezium duzlarıdır. Yumuşatma, kalsium və maqnezium kationlarının natrium kationu ilə dəyişdirilməsi prosesi vasitəsi ilə həyata keçirilir. Enerjiyə qənaət üçün drenaj  və kimyəvi vasitə xərclərini azaltmaq məqsədi ilə dealkalizə prosesii həyata keçirilir. 
  •  Alkalintliyin həll olunması: Karbonat və bi-karbonat anionları qazan şərtlərində karbondioksid formalaşdırdığı üçün bu karbonik turşuya çevrilir və ciddi korroziya səbəb olur. Zəif turşu kation dəyişdirici qatranlar və yaxud güclü əsas anion dəyişdirici qatranlar vasitəsi ilə qələvilik (karbonat və bikarbonat) aradan qaldırılır.
  •  Həll olunmuş qazların aradan qaldırılması: Oksigen və karbondioksid korroziya səbəbi olduğundan deqazatorda aradan qaldırılır. Aradan qaldırılmayan CO2 və Okimyəvilərlə neytrallaşdırılır.  

 

Bəsləmə suyunun hazırlanması

Suyun tərkibindəki kimyəvi birləşmələrin konsentrasiyalarını nəzarət parametrləri hədddində saxlamaq lazımdır. Nəzarət parametrləri qazan quruluşu və çalışma təzyiqinə görə dəyişir.  Drenaj enerji itkisinə səbəb olduğu üçün dəqiq və avtomatik olaraq edilməsi vacibdir. Beləcə ola biləcək operator xətalarının qarşısı alınmış olur. Ön təmizləmə sisteminin olması halında belə aşınmaya nəzarət  və yaxud əlavə olunan sulardan qaynaqlanan kirəc riskini azaltmaq üçün lazımdır.

Xüsusi diqqət yetirilməli olan məqamlar:

  • Suyun tərkibindəki bütün kimyəvi birləşmələrin konsentrasiyasına nəzarət
  • Buxar qazanının quruluşu və təzyiqi