Təzyiq filtrləri

Təzyiq filtrləri

Suyun tərkibindəki dəmir, manqan, ammonium, arsenik və karbondioksid qazlarının təmizlənməsi məqsədilə istifadə edilir


Xüsusuyyətləri

Təzyiq filtrləri su stansiyalarında, evlərdə və sənayedə yeraltı və səth sularının dəmir, manqan, ammonium, arsenik və karbondioksid qazlarından təmizlənməsi məqsədilə tətbiq edilir. Təzyiq filtrləri suyun təkrar emal edilməsi, dəniz, sənaye, çirkab sularının təmizlənməsi və suyun xlordan təmizlənməsi üçün də istifadə edilə bilər.


 

 Üstünlükləri

Bu çevik sistem çoxsaylı standart modullarla təchiz oluna bilər, bu da sərfəli qiymət əldə etməyə və onu müxtəlif istiqamətlər üzrə istifadə etməyə imkan verir. Eyni zamanda, parametrlər çox sadə, istismarda olduqca effektiv və etibarlıdır. Sistemin dizaynı onun quraşdırılması və saxlanmasını asanlaşdırır.


 

 Filtrlərin təsviri

Standart modulların istehlakı: 100 m³/saata qədər. Sistem birbaşa müdaxılə və yaxud avtomatik yuma sistemi ilə quraşdırılır. Müştərinin istəyinə görə filtr çənləri adi və ya paslanmayan poladdan hazırlanır. Filtr çənlərinin daxili səthi iş şəraitinə uyğun olaraq xüsusi korroziyaya qarşı örtüklə hazırlanır, bununla yanaşı filtr materialının seçilməsi fərdi tələblərə əsaslanır.


 

NS / NSB tipli Suyun təmizlənməsi üçün təzyiq filtrləri

İstehlak filter vahidinə: - 12 m3/saata qədər.
İçməli su ehtiyaclar üçün kiçik və orta ölçülü su təchizatı sistemləri üçün ideal həll. Standart olaraq boyalı və ya sinklənmiş korpusla təchiz edilir. Daxildə paylama bölməsi ilə təchiz olunmuşdur. Sistemlərin Avropa ittifaqı, Ukrayna və Rusiya sanitariya-gigiyenik sertifikatları var (Azərbaycanda da etibarlıdır). 


 
TF / TFB tipli Suyun təmizlənməsi üçün təzyiq filtrləri

İstehlak filter vahidinə: - 100 m3/saata qədər.
TF / TFB tipli filtrlər bir çox növə malikdir və xüsusi istəyə görə hazırlana bilər. Paylama sistemi ilə təchiz olunmuşdur. Sistemlərin Avropa ittifaqı, Ukrayna və Rusiya sanitariya-gigiyenik sertifikatları var (Azərbaycanda da etibarlıdır).