Bizə niyə xlor içirirlər?

“Əksər ölkələr suyu xlorla deyil, mükəmməl üsullarla təmizləyir”

Azərbaycanda əhaliyə verilən içməli suyun tərkibinin təmizlənməsində daha çox xlordan istifadə olunur. Lakin bu maddənin faydasından çox zərərinin olması da hər kəsə bəllidir.
Suda xlorun çoxluğu bir sıra xəstəliklərin yaranmasına da səbəb olur. Bu səbəbdən də ekspertlər Azərbaycanın suyu bu üsulla təmizləməkdən imtina etməsini istəyir. Artıq dünyanın inkişaf etmiş ölkələri bu üsuladan istifadə etmir. Azərbaycan yaxın zamanda xlordan imtina edərək daha müasir üsullara əl ata bilərmi?  
Rusiyada su mənbələrində mütəmadi olaraq biotestlər aparılır. Suda baş verən hər hansı dəyişiklik ciddi araşdırılır. Içməli suyun tərkibinə bu qədər həssas yanaşılır. Əksər ölkələr də artıq suyu xlorla təmizləməkdən imtina edib. Lakin Azərbaycan hələ də bu vasitədən istifadə etməyə məcburdur. Çünki çirkab sularının su hövzələrinə axıdılması səbəbindən su həddən artıq çirklidir. Ona görə də ilk növbədə su kanallarının təmizlənməsi prosesinə başlanılmalıdır. Ancaq hər halda suyun təmizlənməsində daha mükəmməl üsulların tətbiq edilməsi vacibdir.

Içməli suyun tərkibindəki mikroorqanizmlər xlor, xlordioksid, ultrabənövşəyi şüalar, ozon, natrium hipoxlorid kimi vasitələrlə və filtrasiya yolu ilə təmizlənir. Son zamanlar daha çox istifadə olunan XLORDİOKSİD üsulu suyu daha effektli təmizləyir və ekoloji cəhətdən ən münasib üsullardan biri sayılır. Xlordioksid, hətta suyun tərkibindəki dəmir və manqan hissəciklərini də oksidləşdirərək uzaqlaşdırır.
Azərbaycanda daha çox xlorlama üsulundan istifadə olunur, suyun xlorla təmizlənməsi insan sağlamlığına ciddi ziyan vurur. Xlorda suda reaksiyaya girərək yan maddələr əmələ gətirir ki, bu da çox təhlükəli fəsadlara səbəb olur, bu maddələr müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, xərçəng, astma, şəkər xəstəliyini sürətləndirən amillərdən biri də xlordur. Daha ucuz olduğu üçün bizdə bu üsula üstünlük verirlər. Azərbaycan kimi az inkişaf etmiş ölkələr arasında olan Rusiyada isə artıq suyu fərqli üsullarla (xlordioksid, natrium hipoxlorid) təmizləməyə başlayıblar. Belçika, Kanada və digər ölkələrdə daha proqressiv üsullardan istifadə olunur. Onların təcrübəsini öyrənmək və tətbiq etmək faydalı ola bilər.

Suyun ətri.  

Bizim evlərimizdəki kranlardan axan içməli su təmiz, şəffaf və iysiz olmalıdır. Lakin, bəzi insanlar suyun xoşagəlməz dadından şikayətlənirlər. Bu zaman səbəbi araşdırmaq lazımdır (xarici faktorlardan, yaxud Evin su borusunun vəziyyətindən irəli gələrək). Suya dad və iy verən maddələr həm üzvi, həm də qeyri üzvi mənşəli ola bilər, həm təbii (dəmir, qumus, «torpağın iyi»), həm də süni xarakterə (fenol, xlor) malik ola bilər. Əgər sudan kif iyi gəlirsə bu, suyun uzun müddət konteynerlərdə və ya borularda (keyfiyyətli olmayan) qalması səbəbindən ola bilər. Nəql etmə sxeminin qeyri düzgün təşkil olunmadığı halda suya «torpaq iyi» çökə bilər. Bir çox ölkələrdə su borusundan gələn suyun dadı və iyi xlorun əlavə olunması səbəbindən xarab olmuşdur. Xlor və məsələn, xlordioksid kimi xlorlu birləşmələr içməli suyun emalı və su borularının sterilizasiyası məqsədilə tətbiq edilən ən geniş yayılmış dezinfeksiya edici maddələrdir. Bir litr suda xlorun normal konsentrasiyası 0,1 – 0,3 mq. ibarətdir. 

Suyun keyfiyyəti üzrə normativlər 
İnsanların öz quyularından su götürdükləri zamanlar onun keyfiyyətinə də özləri cavabdeh idilər. Sonradan isə sənayeləşmə baş verdi və uzun su borusu xətləri çəkildi. İndi su mənbədən istifadəçiyə çatana kimi uzun yol keçirdi və onun keyfiyyətinə bir çox amillər (məsələn, su borusunun hazırlandığı materiallar) təsir göstərə bilirdi. Suyun keyfiyyətinə ciddi nəzarət göndəlik problemə çevrilmişdir. Xüsusi normativlər, suyun keyfiyyəti üzrə tələblərin qanunvericilik tərəfindən tənzimlənməsinə tələbat yaranmışdır. Beləliklə, Almaniyada bu tip normativlər artıq 100 ilə yaxındır ki, mövcuddur. Bu gün bu sfera demək olar ki, bütün ölkələrdə qanunvericilik tərəfindən tənzimlənir. İsveçrədə məsələn, sudan istifadə məsələləri qida sənayesi məsələlərinin tənzimlənməsi ilə məşqul olan qanunvericilikdə, Almaniyada – sanitar-epidemioloji nəzarət üzrə federal qanunvericilikdə, ABŞ-da – qanunvericiliyin ayrıca bölməsində (İçməli suyun sağlamlıq üçün təhlükəsizliyi haqqında akt) əks olunmuşdur. Bununla yanaşı tənzimlənmənin mahiyyəti hər bir halda təxminən eynidir. Adətən, belə normativlər iki hissədər ibarətdir. Birinci hissədə birləşmələrin (məsələn, mışyakın, qurğuşunun, pestisidlərin və s.) yol verilən maksimum və standart kəmiyyəti müəyyən edilir. İkinci hissədə hansı bioloji viruslar və mikroorqanizmlərin suda mövcud ola bilməsi və miqdarı müəyyən edilir. Xüsusi nəzarət orqanları müntəzəm olaraq suyun keyfiyyətinin müəyyən edilmiş normativlərə müvafiq gəlməsini yoxlayır. Bunun üçün yoxlama hasarları çəkilir, eləcə də adekvat tədbirlərin görülməsi həyata keçirilir. Bu bizə sağlamlığımızın təhlükəsizliyinə əminliyin olmasına imkan verir.

pH dərəcəsi 
pH – «potentia hidrogenii», daha doğrusu «hidrogenin gücü» latın sözü olub, maye maddənin tərkibində hidrogen ionlarının konsentrasiya səviyyəsi deməkdir. Bu, kimyəvi nöqteyi nəzərdən maye mühitinin turş, neytral və ya qələvi mühiti olmasını göstərir. pH dərəcəsi 0 – 14 arasında olan şkala üzrə ölçülür. Təmiz su neytral 7.0 pH dərəcəsinə malikdir. Bundan yüksək göstəricilər mayenin turşuluq səviyyəsinin, daha yüksəyi isə – qələvi səviyyəsinin artıq olmasından xəbər verir. Ümumiyyətlə, bir çox fizioloji proseslər pH dərəcəsi ilə əlaqədardır. Məsələn, alabalıq yalnız 5.5 – 9.4 arasında olan pH dərəcəsinə malik suda yaşayır. İnsan orqanizmi isə daha az tələbkardır. Məsələn, biz pH dərəcəsi turşuya müvafiq gələn yeməkləri həzm edə bilərik. Beləliklə, koka-kola 2.3, tomat şirəsi – 4.0, limon şirəsi – 2.5 bərabər pH dərəcəsinə malikdir. Bizim evlərin kranlarına daxil olan içməli suyun pH dərəcəsi 5.5 – 9.5 arasında diapazona malikdir, ayrı-ayrı ölkələrdə bu göstərici fərqlidir. Bu göstərici müvafiq səlahiyyətli orqanların ciddi nəzarəti altındadır. pH dərəcəsinin ölçülməsi lakmus indikatoru və ya xüsusi elektroavadanlıq vasitəsilə həyata keçirilir. pH dərəcəsi müəyyən duzların əlavə edilməsi hesabına dəyişdirilə bilər. Beləliklə, kalsium hidrokarbonat (suyun codluğu ondan asılıdır) qələvi mühitində pH dərəcəsini artırır. 

Səthi-aktiv məddələr 
Şampunlar, kondisionerlər, lasyonlar, yuyucu vasitələr bir ümumi xassəyə malikdir. Onların təsir qüvvəsinə malik olması üçün onların tərkibində mütləq təmizləyici effektin asılı olduğu səthi-aktiv maddələrdən istifadə edilir. Bu maddələr suda həll olan (hidrofil), eləcə də yağda həll olan (lipofil) elementlərdən təşkil olunmuşdur. Bu tip ikili tərkib onların suyun səthi gərilmə qabiliyyətini azaltmaq qabiliyyətindən xəbər verir. Sadə dillə desək o suyu «mülayim» edir. Bu yuyucu maddələrə materialların lifləri arasına dərinə daxil olmağa, beləliklə də təmizləyici maddənin emulsiyasında qalan çirki təmizləməyə imkan verir. Səthi-aktiv maddələr həmçinin emulsiya sürtmə agentləri adlanır. Bu o deməkdir ki, onlar başqa halda birləşə bilməyən mayeləri birləşdirmə qabiliyyətinə malikdir (məsələn, su və yağ). Bu xassə məsələn, dəriyə qullur vasitələrinin hazırlanması üçün istifadə edilir. Bu maddələr həlledici, köpük yaratma tənzimləyiciləri kimi istifadə edilə bilər. Lakin onların istifadəsinin əks təsirləri də mümkündür. Əgər siz həddən artıq miqdarda səthi-aktiv maddələrə malik materialların yumşaldılması üçün vasitədən istifadə edirsinizsə, bu dərinizin təbii piy örtüyünü zədələyə bilər və allergiya reaksiyasına səbəb olar. Bu həmçinin çirkab surlarına atılan artıq miqdarda tullantılara da aiddir. 50-ci illərdə Avropada bu tip maddələrin tullantıları problemi ciddi miqyas almışdır. Məhz bu səbəbdən detergentlərin – yuyucu maddələrin istifadəsinin qanunvericiliklə tənzimlənməsi tətbiq edilmişdir.

Suyun codluğu 
Suyun codluğu onun tərkibindəki kalsium və maqniumun səviyyəsi ilə müəyyən edilir. Suyun ümumi codluğu daimi və karbonat codlğundan ibarətdir (əhəng). Regiondan, torpağın geoloji xassələrindən asılı olaraq hər iki codluq bir-birindən fərqlənə bilər (belə ki, su Daş və qayalarda mövcud olan kalsium və maqnium birləşmələrinin müəyyən miqdarını özündə həll edir). Su tipinin təsnif edilməsi üçün codluq xüsusi şkala üzrə ölçülür və buna müvafiq olaraq bir neçə qrup codluq qeyd edilir. Doğrudur, codluq səviyyəsinin müəyyən olunması ölkədən asılı olaraq fərqlənə bilər. Lakin, əsasən, bir mq/litr suda kalsium və maqniumun miqdarı ilə ölçülür. Cod suyun qızması zamanı əhəng çöküntüsü müəyyən problemlər yaradır – çaydanlarda və digər məişət cihazlarında ərpin yaranması məhz bununla əlaqədardır. Əhəngli ərp cihazların yüksək enerji sərfinə gətirib çıxarır, bundan savayı, onların sıradan çıxmasına da səbəb ola bilər. Cod su ilə nə isə yuduqda köpüklənmə pis olduğundan yuyucu vasitələrdən daha çox istifadə edilir.