Müqəddəs Qurban Bayramınız mübarək!

 

 

Əziz həmvətənlilərimiz, müsəlman bacı və qardaşlarımız!

Aqualink şirkəti heyəti adından xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bu bayramın hər bir ailəyə xoş ovqat, ruzi-bərəkət və səadət yetirməsini diləyirik.

İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Allah yolunda kəsilən qurbanlarınızın, görülən xeyriyyəçilik işlərinizin, verilən sədəqələrinizin qəbul olunmasını arzu edirik. Bu bayramda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. 

 

Qurban bayramınız mübarək olsun!