Novruz bayramınız mübarək!

Dəyərli tərəfdaşlarımız!

Artıq bir aya yaxındır ki, çərşənbələrdən başlayan həyəcan baharın gəlişı ilə əsl bayrama çevrilməkdədir.

Novruz bayramı uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində sevinclə qarşılanıb. Novruz mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alaraq Azərbaycan xalqının mənəvi aləminin zənginliyini günümüzədək yaşadmaqdadır. Yaradanın misilsiz hikmətlə yaratdığı ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayram, qədim ənənələrin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasını, xalqımızın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 

Bu günə qədər qarşılıqlı anlaşma və inkişaf tempində davam edən əməkdaşlığımız, ınanırıq ki, bundan sonra daha da möhkəmlənməsi,  maraqlı layihələrin, işgüzar əlaqələrimizin artmasına və birlikdə yeni hədəflərə çatmağımıza öz təhfəsini verəcəkdir.

 Aqualink şirkəti  olaraq yüksək uğurlara imza atmaq və yeni nailiyyətlər əldə etmək baxımından bizim üçün çox önəmli olan əməkdaşlığımızın daha da möhkəmlənməsi diləyi ilə hər birinizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik!

 Bu bayram  hər evə xoş ovqat, hər ocağa bol sevinc və ruzi-bərəkət gətirsin!