Su təmizləmə filtrləri: qədim zamanlardan bu günə qədər

Su yalnız həyat vermir, həm də bir çox xəstəliklərə səbəb olmaqla, yavaş-yavaş onu məhv edə bilər. Suyun bu xüsusiyyəti əcdadlarımıza da yaxşı məlum idi və müxtəlif xaqların nağıllarında əbədi həyat verən “dirilik suyu” və “ölüm suyu”nun adının çəkildiyi bir çox süjetlərə rast gəlinir. Qədim zamanlardan insanlar bu qiymətli mayeni bütün mümkün qatqılardan təmizləmək üçün müxtəlif üsullar icad edirdi.

İlk su təmizləmə filtrləri su nohurunun yaxınlığında qazılan çuxurlardan ibarət idi. Torpaq laylarının arasından süzülən su daha təmiz və şəffaf olurdu. Əvvəllər gümüş qabların istifadəsi heç də cah-calal əlaməti olmayıb, vəba, taun və digər ölümlə nəticələnən xəstəliklərin epidemiyasından əziyyət çəkən əcdadlarımız üçün zərurətdən irəli gəlmişdir. Belə ki, həmin metalın dezinfeksiyaedici xüsusiyyətləri o zamanlar da məlum idi. Lakin gümüşlə ionlaşdırılmış suyun müntəzəm istifadəsi mənfi nəticələrə gətirib çıxarırdı. Belə ki, gümüş orqanizmdə toplanırdı. Artıq miqdarda olan gümüş argiriya, dəri rənginin solğun mavi çalara qədər dəyişməsi ilə müşayiət olunan xəstəliyə gətirib çıxarırdı. Bəlkə də, zadəganlığa aid edilən “mavi qan” anlayışı məhz beləliklə yaranmış, daha sonra ümumişlək hal almışdır. Çünki sadə insanlar gümüş qablardan istifadə etmirdi.

Metalların suda qatışıqları həqiqətən də insan sağlamlığı üçün mənfi nəticələrə gətirib çıxarırdı. Romalıların acı təcrübəsini xatırlamaq kifayət edər. Böyük Roma İmperiyasının süqutunun səbəblərindən birinin qurğuşun olması yaxşı məlumdur. Qədim mühəndislər tərəfindən işlənib hazırlanmış su kəməri sisteminin əsasını qurğuşundan hazırlanan borular təşkil edirdi. Həmin borularla axan su orqanizmlərdə toplanan ağır metallarla zənginləşirdi. Sistematik zəhərlənmə səbəbindən patrisilər orta hesabla 25 ilə qədər ömür sürürdü.

Həyat keyfiyyətinin yaxşılaşdırılması cəhdləri daima insanı müxtəlif kəşflər etməyə sövq edirdi. Primitiv su təmizləmə metodları zaman keçdikcə daha mükəmməl metodlarla əvəz olundu. Nəhayət, XIX əsrdə suyu xlor vasitəsi ilə dezinfeksiya etməyi öyrəndilər. Elmin inkişaf etdiyi və alimlərin xlorun insan orqanizminə təsirinin nəticələrini öyrəndiyi hazırkı dövrdə bizim faktiki olaraq yenidən ən başa döndüyümüz məlum oldu. Eynilə qədim romalılar kimi, biz illərlə xlorla zəhərlənmiş suyu istifadə edir, bununla da orqanizmdə müxtəlif xəstəliklərin yaranması təhlükəsi ilə üz-üzə qalırıq.

Əsrlər keçsə də, biz əvvəlki kimi suda olan kənar qatışıqlardan əziyyət çəkirik – bakteriyalar, ağır metallar, həddən artıq miqdarda sərtlik duzları və insan orqanizminə nüfuz edərək, getdikcə onun stabilliyini pozan xlor. Lakin, kökləri çox qədim zamanlara söykənən bu problemin həlli artıq mövcuddur. Müasir su təmizləmə filtrlərinin istifadəsi bütün neqativ amilləri neytrallaşdıraraq, suyu təhlükəsizləşdirərək, içmə standartlarına uyğunlaşdırır. Rahat portativ filtrlərlə dostlaşmaqla və ya əks osmos sistemi quraşdırmaqla təkcə təhlükəli xəstəliklərdən qaçmağa deyil, həm də sağlamlığı bərpa etməyə nail olmaq olar. Mütəmadi olaraq təmizlənmiş su qəbul etdikdə daxili orqanlarında daş olan insanların əhvalı yaxşılaşır, ağrılardan qurtulur, zaman keçdikcə pozulmuş maddələr mübadiləsi bərpa oluna bilir.

Su təmizləmə filtrləri həyatı yeni, daha keyfiyyətli səviyyəyə qaldıran inqilabi həlldir. Su – həyatdır, və bu gün insanlar suyu büllur kimi təmiz etməklə nəinki ömrünü uzadar, həmçinin qocalana qədər sağlam yaşamaq şansı qazanar.