Xlordioksid nədir?
Xlordioksid çox güclü oksidləşdirici olduğu üçün, ən güclü dezinfektantlardan biridir
Xlordioksid çox güclü bir oksidləşdirici olduğundan bilinən ən güclü dezinfektantlardan biridir. Bakteriya, virus, göbələk, yosun, parazit, kif və mayaların yox edilməsində %100 təsiri təmin edir.
Xlordioksid xlor deyildir, xüsusi metodlarla bir xlor və iki oksigen atomunun birləşməsindən əldə edilən tamamilə fərqli bir kimyəvi birləşmədir. Təbiətdə kortəbii formalaşmaz. Suda çox sürətli həll olan bir qazdır. Xlordioksidin patogenləri məhv etməsindək uğurun sirri olduqca qərarsız bir quruluşda olmasıdır. Bütün patogenlər elektron vermə meylində olduğundan, xlordioksid kimi oksidləşdirici maddələr, bu elektron qaynaqlarından rahat elektron ala bilən kimyəvi birləşmələrdir. Bununla yanaşı, sağlam toxumalar və oksigenlə bəslənən mikroorqanizmlər xlordioksiddən təsirlənmirlər.
Xüsusiyyətləri
Xlordioksid xlora bənzər qoxu və görünüş xüsusiyyətlərinə sahib olmasına baxmayaraq, istər kimyəvi istərsə də davranış olaraq əsas xlordan tamamən fərqli bir quruluşa malikdir. Xlordioksid son dərəcə kiçik, qərarsız və çox güclü molekulyar quruluşa malikdir..
Üstünlükləri
- Bilinən ən güclü oksidantlardan biridir
- Geniş pH diapazonunda təsirlidir, suyun pH'ından təsirlənməz
- Çox geniş təsir spektrinə malikdir (bakteria, virus, göbələk, yosun, parazit, kif, maya və s..)
- Formalaşmış biofilm və yosun təbəqəsini yox etdiyi kimi onların təkrar formalaşmasını da əngəlləyir
- Patogenlər tərəfindən məhsula qarşı immunitet formalaşması mümkün deyil
- Ağır metalları (dəmir, manqans və s.) sürətlə oksidləşdirərək mühitdən uzaqlaşdırır
- Sudakı mövcud pis qoxu və dadı yox edir (fenollar, yosun və s.)
- Aşındırıcı deyildir (Su ilə seyrəldiyi üçün)
- Kanserogen deyil
- Ekoloji təmizdir və təbiətdə yan məhsul buraxmır, parçalandığında su və duza dönür
- Səmərəlidir, çox aşağı dozalarda belə qısa zamanda patogenləri məhv edər
- Legionella üçün bilinən ən təsirli və səmərəli həll yoludur
- Qoxusuzdur, durulamaya ehtiyac yoxdur (Su ilə seyrəldiyi üçün)
- Mühitdə formalaşan pis qoxuları yox edir
- Amonyakla və azotlu birləşmələrlə reaksiyaya girmiz
- Bromit ilə reaksiyaya girmədiyindən bromat və bromatlı yan məhsullar formalaşmaz
- Sudakı aldehid, siyanür, azot və kükürd birləşmələrini neytrallaşdırır
- Xlorla müqayisədə təsir gücü təxminən 3 qat daha çoxdur
- Xlor kimi xloramin və THM meydana gəlməsinə səbəb olmur
- Giardia (tək hüceyrəli canlılar) və Cryptosporidium'lara qarşı son dərəcə təsirlidir
- Xlorla müqayisədə Giardiaları 5 qat daha sürətli inaktivasiya edir
- Sərbəst radikal meydana gətirən tək biosiddir
- Sərbəst radikal yaratdığı üçün son dərəcə sürətli sporisidal təsir göstərir
Su ilə qarşılıqlı təsiri
Xlordioksidin ən vacib xüsusiyyətlərindən biri də su ilə təmasında yüksək həllolma əmsalıdır. Xüsusilə soyuq suda həllolma əmsalı daha da artmaqdadır. Xlordioksid su ilə təmasda heçbir halda hidroliz olmur, məhlul içində həll olmuş qaz formasında qalır. Zamanla yox olacaq olan Xlordioksid qazı, hava vasitəsilə tamamı ilə buxarlanır. Bu da Xlordioksidin rezidual (qalıq) təsirinin olmadığını sübut edir.
Oksidləşmə təsiri
Xlordioksidin unikal bir oksidan olmasının ən əhəmiyyətli səbəbi, özünə xas elektron dəyişdirmə mexanizmidir. Xlordioksid, orqanik molekulların elektron baxımından ən məhsuldar mərkəzlərinə hücum edir. Xlordioksid, bu elektron transferindən sonra özü də zərərsiz bir oksidləşdirici olan Xlorit'e (ClO2-) azaldılır. Xlordioksid, Ozon və Xlorid kimi həddindən artıq reaktiv olmaq yerinə, yalnız Kükürd, Amin törəmələri Maddələr və bəzi həddindən artıq reaktiv orqanik maddələrlə reaksiyaya girməkdədir, oksidləşmə gücü son dərəcə aşağıdır. Aşağı oksidləşdirici gücü hesabına, dünyada bilinən ən aşağı aşındırıcı təsirli dezinfektant olan Xlordioksid, oksidləşmə potensialı baxımından isə bilinən ən güclü oksidləşdiricidir. Bilinən bütün dezinfeksiya edici vasitələrin oksidləşmə gücləri və tutumları araşdırıldığında, Xlordioksidin ən aşağı dozalarda belə son dərəcə təsirli olduğu görülməkdədir.
Aşağıda iştirak edən oksidləşmə gücü və oksidləşmə tutumu cədvəli, Xlordioksidin ən təsirli eyni zamanda ən az aşındırıcı (korroziv) təsiri olan dezinfeksiyaedici olduğunu elmi olaraq da açıqca ortaya qoymaqdadır.
Oksidant |
Oksidləşmə gücü |
Oksidləşmə tutumu |
Ozon-O3 |
2.07 |
2 e- |
Hidrogen Peroksid – H2O2 |
1.78 |
2 e- |
Hipoxlorid asid - HOCl |
1.49 |
2 e- |
Hipobromit asid - HOBr |
1.33 |
2 e- |
Xlordioksid – ClO2 |
0.95 |
5 e- |