ChemKomplex® 200
Qazanxana sularında saf buxar istehsalı və sərtliyin stabilizə edilməsində istifadə edilir
Qazanxana sularında saf buxar (sterilizasiya buxarı) istehsalı üçün oksigen bağlayıcısı olaraq və aşınmaya (korroziyaya) qarşı qoruyucu xüsusiyyətləriylə geridə qalan sərtliyin stabilizə edilməsində istifadə edilir.
Üstünlükləri
-
Müasir, innovativ pH stabilizator, sərtlik tutucu və aşınmadan təsirli müdafiəni özündə birləşdirən formul
-
Alüminium və əlvan metalların mütləq korroziyadan mühafizəsi
-
Multi-metal sistemləri üçün effektiv korroziyadan mühafizə
-
Atmosferdən törəyən korroziyaya qarşı davamlılıq
-
Ətraf mühitə dost. Almaniya Federativ Respublikasının cari Tullantı Suları Əsasnaməsinə uyğundur (AbwV Əlavə 31)
-
Kristallaşmanın qarşısının alınması
-
Mövcud formalaşmış ərp və kristal yataqlarının tədricən həll edilməsi
Natrium sulfid əsaslı bu maye məhsul reduksiya ilə sərbəst oksigeni bağlamaqdadır. pH-i sabitləşdirən alkalifosfatlar ilə təxminən 30 dH'yə qədər geridə qalan sərtliyi birləşdirir və fosfat miqdarını tənzimləyir və qazan suyundakı alkalitliyi sabitləşdirir. Polikarboksilatların, fosfonatların və aminofosfonatların əlavə edilməsi stabilizasyonu və aşınmaya qarşı müdafiəni yaxşılaşdırır. Buxarlanan maddələr ehtiva etməz. Qida maddəsi müəssisələrində və xəstəxanalarda istifadə edilə bilər. DİN qaydalarına uyğundur.
Tətbiq sahəsi
ChemKomplex® 200 sənaye tipli buxar qazanları sistemlərində istifadə olunur.Qazanın bəsləmə sularındakı qalıq oksigeni bağlayır, daimi sərtliyi stabilləşdirir, korroziyaya qarşı mühafizə edir. ChemKomplex® 200 kalsium və kristal çöküntülərin istilik transfer səthlərindən tədricən həll edilməsi üçün də uygundur.
İstifadəsi və dozaj nisbəti
ChemKomplex ® 200 tətbiq dozası qazan bəsləmə suyunda olan oksigenin miqdarına uyğun olaraq dəyişir. 1ppm ChemKomplex®200 suda olan 0,013 mg/l oksigeni bağlayır. ChemKomplex®200 elə dozajlaşdırılmalıdır ki, qazan suyunda 5-15 ppm və 10-30 ppm artıq sulfid fosfat suda aşkar edilə bilinsin.
TətbiqiDozajpompası vasitəsilə |
50-150 ppm |
Sistem yuma |
500 ppm - dən
|
Digər məlumatlar
Məhsul kodu: 01808032
Mövcud qablaşdırma: 5kg, 10kg, 30kg, 220kg, 1000kg