ChemKomplex® 310

ChemKomplex® 310

Gündəlik istifadə sularında, duşlarda, hovuz sularında ərpə və çöküntülərə qarşı vasitə


ChemKomplex® 310

Gündəlik istifadə sularında, duşlarda, hovuz sularında ərpə/çöküntülərə qarşı qəti çözüm! Eyni zamanda sistemdəki metal hissələri aşınmadan qoruyur və pH dəyərini stabil saxlayır! 


 

Üstünlükləri 

  • Müasir, innovativ pH stabilizator, sərtlik tutucu və aşınmadan təsirli müdafiəni özündə birləşdirən formul
  • Alüminium və əlvan metalların mütləq korroziyadan mühafizəsi
  • Multi-metal sistemləri üçün effektiv korroziyadan mühafizə
  • Atmosferdən törəyən  korroziyaya qarşı davamlılıq
  • Ətraf mühitə dost. Almaniya Federativ Respublikasının cari Tullantı Suları  Əsasnaməsinə uyğundur (AbwV Əlavə 31)
  • Kristallaşmanın qarşısının alınması
  • Mövcud formalaşmış ərp və kristal yataqlarının tədricən həll edilməsi

 

Xüsusiyyətləri

ChemKomplex ® 310 natrium silikat ilə birləşmiş uzun-zəncirli polifosfatlar əsasında xüsusi olaraq içməli suların hazırlanması üçün nəzərdə tutulmuşdur. Məhsul Eşik Prinsipi vasitəsilə (THRESHOLD -PRİNCİPLE) suda olan sərtliyi kompleksləşdirirərək bağlayır. Chemkomplex 310 Alman İçməli Su Qaydalarına Dəyişikliklərin 11-ci paraqrafında içməli sular üçün əlavələrə uyğundur. 

Əsas Dezinfeksiya ilə bakteriyadan azad həll, Içməli Su Qaydaları ilə icazə verilib. Cari İçməli Su  Qaydalarına əsasən yalnız müstəsna hallarda tərkib hissəsi kolloid gümüş ilə olduqda icazə verilir. Bu səbəbdən standart məhsulumuz kolloid gümüş olmadan çatdırılır. Sorğu əsasında və əsaslandırılması halında Gümüş kolloid əlavə edilə bilər.

Fosfatlar və silikatlar üçün yeni müəyyən edilmiş məhdudiyyətlər müşahidə olunur: 

  • Natrium polifosfat, 2.2 mg / L    P-fosfor üçün  DIN EN 1212 
  • Natrium Silikat 15 mg / L   SiO2 kimi DIN EN 1209 
  • Məhsul DVGW uyğundur.

 

Tətbiq sahəsi

İçməli su şəbəkələrində su çöküntülərinin və kimyəvi birləşmələrinin toplanmasının (formalaşmasının) qarşısını alır və korroziyadan mühafizə edir. 


 

İstifadəsi və dozaj nisbəti

ChemKomplex ® 310  içməli su təchizatı şəbəkəsində max. 70-100 ppm arasında, axına nəzarətli surətdə yalnız! 

Tətbiqi yalnız axına nəzarət (sayğaclı) sistemi olan təchizatlarda icazəlidir, beləliklə məhsul Alman İçməli Su Qaydalarında verilən normadan artıq həddə içməli suyun tərkibində aşkar edilməyəcəkdir. 

 

Dozaj cədvəli

TətbiqiDozajpompası vasitəsilə 
(həcm-proporsionalnisbətdə )

70-100 ppm

Sistem yuma

ab 200 ppm

 

Digər Məlumatlar

Məhsul kodu: 01803033

Mövcud qablaşdırma: 5kg, 10kg, 30kg, 220kg, 1000kg