DILIXIN® PRO

DILIXIN ® PRO soyutma sistemləri üçün effektiv geniş spektrli biosid dezinfektantdır.


Xüsusiyyətləri:

DILIXIN ® PRO soyutma sistemləri üçün effektiv geniş spektrli biosid dezinfektantdır. Mikroblara, göbələklərə, yosunlara və viruslara qarşı davamlı və səmərəli mübarizə aparır. Eyni zamanda, təhlükəli Legionella bakteriyalarına qarşı təsirli olması ilə yanaşı, istifadəsi ilə əvəzsiz bir sıra üstünlüklər təklif edir. Yüksək konsentratlı tərkibi hesabına çox cüzi dozada DILIXIN ® PRO ilə suda hərtərəfli dezinfeksiya təsiri əldə etmək mümkündür. DILIXIN ® PRO asan və qalıqsız suda qarışdırıla bilinən qeyri-üzvi anionlardan ibarət bir maye qarışığıdır. Sadə isitfadəsi dozaj ölçü pompası vasitəsilə həyata keçirilə bilər (vaxt və həcmə nəzarət).

Üstünlükləri:

·         Birbaşa suya hazır xlor dioksid dozası;

·         Mikroorqanizmlərə və Legionellaya qarşı davamlı mübarizə; 

·         Qoxunun aradan qaldırılması; 

·         CSB/TOC/BOD azaldılması; 

·         Kalium permanganat istifadəsinin azaldılması;

·         Fekal (dışkı) eliminasiyası (aradan qaldırılması); 

·         lipoliz (yağların parçalanması); 

·         Oksidləşmə və hidroliz ilə təmizləmə; 

·         kükürdün təmizlənməsi;

·         Reduksiya potensialının artırılması;

·         Hətta aşağı dozada da yüksək effektli təsir;

Oksidləşdirici və biosidal təsir

DILIXIN ® PRO -nun hər fərdi reaksiyası zamanı  pH dəyərləri 5-9  arasında sulu mühitdə xlor dioksid digər xlor-oksigen birləşmələri ilə qarışıq halda formalaşmaqdadır. Sulfid, Nitrit və s. kimi aniyonların azaldılması yolu ilə oksidləşməyə maksimum dəyər verir. Üzvi birləşmələrin belə oksigen törəmələrə çevrilməsi olur, hansı ki birbaşa xlorlama zamanı bu mümkün deyil. 

Bu biosidal təsir Xlordioksidin həddindən artıq güclü dezinfeksiya təsirinin nəticəsidir, hansı ki dezinfeksiya gücü digər xlor-oksidli komponentlərin iştirakı ilə genişləndirilir. DILIXIN ® PRO ilə təmizlənmiş suyun reduksiya potensialı burada artır. XlordiOksidin algisidal təsir gücü geniş spektrli herbisit təsirinin nəticəsidir. DILIXIN ® PRO bakteriyalar, mayalar, yosun və hər cür viruslara qarşı təsirlidir. 

Dozaj cədvəli

 

 Dezinfeksiya (PE/PVC- şəbəkə boruları)

30,0 ml/m³

Dezinfeksiya   (ZM- şəbəkə boruları)

60,0 ml/m³

Aerozol dezinfeksiya İçməli su çənləri 

5 Litr /m³ Suya

Tullantı sularının təmizlənməsi 

30,0 ml/m³ - 150,0 ml/m³

Qapalı dövr soyutma qülləsi sistemi

20,0 ml/m³ - 30,0 ml/m³

Açıq dövr soyutma qülləsi sistemi

30,0 ml/m³ - 150,0 ml/m³

Səth yuma suyu hazırlanması

30,0 ml/m³ - 150,0 ml/m³

Filtrə sistemleri təmizlənməsi

50,0 ml/m³

Üzmə hovuzları dezinfeksiyası

5,0 ml/m³

Filtrə səthləri Filtrə təmizliyi üçün 

2 Litr /m²

Əlavə məlumatlar:

Qablaşdırılma: 30kg, 60kg, 240kg, 1000kg