İStehsal sahələrində su çözümləri

Sənayenin istənilən sahəsində su çox vacib amildir


Suyun müəyyən edilən norma və standartlara uyğun olmaması istehsalatda digər texniki məsrəfləri çoxaltmaqla yanaşı, enerjinin istehlak həcmini də kifayət  qədər artırır 

Aqualink şirkəti sənaye və istehsal müəssisələri üçün su hazırlanması sahəsində çoxillik təcrübəyə malik ixtisaslaşmış təşkilatdır. Xidmət göstərdiyimiz müştərilərimiz, yeyinti sənayesi, içməli və qablaşdırılmış suların istehsalı, şirələrin və alkoqolsuz içkilərin istehsalı, şərabçılıq, səhiyyə, neft-qaz və istehsal sənayesi kimi bir çox sahələri əhatə edir.


         Sənayedə su təmizləmə mərhələləri

         Xam suyun ilkin təmizlənməsi

Sənayedə su təmizləmə üçün xam su mənbəyinin çay, dəniz, təkrar emal olunan və yaxud ümumi içməli su şəbəkəsindən olmasından asılı olmayaraq suyun təmizlənərək sistmelərə ötürülməsi vacibdir. Bu ilkin təmizlənmə prosesi, emal xətlərini, avadanlıqları qorumaq və xərcləri azaltmaq üçün çox vacibdir. Xam suyun tərkibi qum, müxtəlif çöküntülər, üzvi maddələr, həll olmuş duzlar, manqan, dəmir, qurğuşun və digər ağır metallar kimi çirkləndiricilərlə zəngindir. Suyun emal prosesindən əvvəl bütün çirkləndiricilərdən tam təmizlənməsi və  yaxud lazımi səviyyəyə gətirilməsi çox vacibdir. Aqualink UF filtrasiya, əks osmos və kimyəvi təmizləmə sistemləri xam suyun təmizlənməsi üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı texnoloji həll yolları təklif edir.


         Soyutma sistemləri üçün suyun təmizlənməsi 

Aqualink şırkətinin patentli məhsulu olan ChemKomplex® 103, soyutma qüllələrində, qapalı dövrə soyuducu sistemlərin sularında ərpə və çöküntülərə qarşı ideal vasitədir. Sistemdəki metal hissələri aşınmadan qoruyaraq, pH dəyərini stabil saxlayır. Sənaye tipli soyutma qüllələrində sərt, yumşaq və tullantı suları sistemlərində istifadə olunur. Sərtlik dərəcəsi 4-20° pH olan yumşaq və sərt sularda, xüsusi ilə alüminium və əlvan metallar yüklü sularda və pH-stabilizatora ehtiyac olduqda istifadə edilir. ChemKomplex® 103 kalsium və çöküntü səthlərinin tədricən həll edilməsi üçün də uygundur.


         Aqualinklə işləməyin üstünlükləri:

  • Su və enerji istehlakında kifayət qədər qənaət 

  • Soyutma qüllələrinin heç bir risk olmadan yüksək iş rejimində işləməsi

  • Korroziya probleminə çözüm

  • Kirəclənmədən qaynaqlanan tıxanmalar səbəbindən iş prosesində dayanmalar aradan qalxır

  • Su xətlərinin dezinfeksiyası həyata keçirilir.


         Qazanxana sularının hazırlanması

Buxar qazanlarının qəzasız, səmərəli işləməsi və keyfiyyətli buxar təmin etmələri üçün onların düzgün su ilə təmin olunması vacib şərtdir. Kirəc yaranması, korroziya və digər səbəblərdən enerji hasilatının artması, mütəmadi qəzaların baş verməsinin ciddi maliyyə xərclərinə səbəb olur. Aqualink şirkəti buxar qazanlarının istismarı ilə bağlı problemlərin həllində kifayət qədər təcrübəyə malikdir.


         Texniki suyun təmizlənməsi  

Xüsusi analizlər, yüksək ixtisaslı mühəndislər və istehsal müəssisələri sayəsində Aqualink özəl olaraq sizin ehtiyaclarınız üçün layihələndirilib quraşdırılmış su təmizləyici sistemlər təklif edir.