Xüsusiyyətləri
Qeyri-Üzvi koagulyantlar həm səmərəli, həm də geniş çeşiddə su və çirkab suları üçün tətbiq olunur. Aqualink Şirkətinin təqdim etdiyi PACS qeyri-üzvi koagulyantı xüsusilə çirklənmə səviyyəsi orta və aşağı olan (TSS konsentrasiyası) xam suda effektivdir.
Suya əlavə edilən qeyri-üzvi koagulyant (PACS) metal (alüminium və ya dəmir) hidroksid çöküntüləri meydana gətirmək üçün alkalilik və hidrat ilə reaksiya girərək sürətli çökməni təmin edir. Bu reaksiyanı çirkli havada qar yağışı ilə müqayisə edilə bilər. Qar dənəciyi düşdüyündə havada olan partikulları, çirkabları özünə soraraq ağırlaşır və daha sürətli aşağı düşür. Bu şəkildə PACS suda olan çirkliliyi və bulanıqlılığı təmizləməyə çalışır. Metal hidroksit çökdürmə metodu suyun təmizlənməsində çox təsirli gücə malikdir. Beləliklə, bir çox çətin təmizlənən sularda koloidal suspenziyaları qeyri-üzvi koagulyantlardan istifadə edərək effektiv təmizləmək mümkündür.
Üstünlükləri
- Yüksək aktiv maddə konsentrasiyasına malik olduğundan digər koagulyantlar ilə müqayisədə daha aşağı dozalarda effektivdir
- Daha aşağı dozalarda effektiv olduğundan doza pompaları həcmləri, enerji istehlakı və servis xərcləri aşağıdır
- Aparılan tədqiqat və araşdırmalar, eləcə də JAR testlər daha sürrətli çökdürücü olduğunu sübut etmişdir
- Hazır məhsul şəklində olduğundan əlavə işçi qüvvəsinə və ya xüsusi təlimə ehtiyac yoxdur
- PACS yüksək sayda hidroksid (OH-) qruplar hesabına valentliyi 80% səviyyəsindədir
- PACS-da yüksək valentlik hesabına reaksiyadan sonra pH dəyişimi 1-2% səviyyəsindədir. Bu, həm də pH dəyəri stabilləşdirmə üçün istifadə ediləcək kimyəvilərin azalmasını və ya tamimilə aradan qaldırılmasını təmin edir
- Kimyəvi palçıqda 75%-ə çatan azalmanı təmin edir
- Toplam üzvi və həll olmuş organik karbonun təmizləməsi
- Bulanıqlıq, rəng, organik maddə və yağın təmizləməsi
- Pre-polimer forması sayəsində qalıq alüminium (Al+3) dəyəri çox aşağıdır
- Digər koagulyantlar kimi suda rəng buraxmır
- 30 il 15C ve 105C aralığında maye formada qala bilir
- 4C altında ve 35C üzərində problemsiz koaguliyasiya ve effektivliyinin qorunması
- 4 NTU´dan aşağı və 4000 NTU dən yuxarı bulanıqlıqlarda effektivdir
- 6 –11 pH aralığında effektiv təsir göstərir
Tətbiq sahələri
- Su təmizləmə və tullantı sularının emalı müəssisələri
- Özəl sektorda (otel, fabrik, zavod və s.) içməli, texniki suların təmizlənməsi və tullantı sularının emalında. Tekstil sektorunda rəng təmizləyici kimi istifadəsi tövsiyə olunur
Göstəriciləri
PoliAlüminium Xlorid Hidroksid Sulfat (PACS) |
|||||
Al(OH)aClb(SO |
|||||
CAS No |
39290-78-3 |
|
|
|
|
EİNECS No |
254-400-7 |
|
|
|
|
|
PACS 0516 |
PACS 1016 |
PACS 2016 |
PACS 2316 |
Analiz Metodu |
Görünüş |
Şəffaf |
Şəffaf |
Şəffaf |
Şəffaf |
Vizual |
Al2O3 |
5±0,1% |
10±0,5% |
18,5±0,5% |
23,5±0,5% |
Titrmetrik |
Sıxlıq (25 ̊C) |
1,07±0,5 |
1,14±0,5 |
1,275±0,5 |
1,35±0,5 |
Densimetr |
pH (5% lik məhlulda) |
5,5 |
5 |
4,5 |
4,1 |
pH metr |
Valentlik |
92 |
89 |
84 |
85 |
Titrmetr |
Qablaşdırma
İBC/PE konteynerlərdə 1000 Lt. 20 və 30 kg HDPE bidonlarda
Sərin(20 °C), quru və yaxşı havalandırılan yerlərdə, plastik (PE,PP,PVC) ve yaxud fiberglas qablarda saxlanmalıdır.