Texniki Sulfat Turşusu

Texniki Sulfat Turşusu

 H2SO4 - güclü ikiəsaslı turşu


Tətbiq sahəsi

Sulfat turşusunun su hazırlanmasında əsas tətbiq sahələri:

  • Su təmizlənməsi
  • Sulfitləşmə agenti kimi (Sulfonation agents)
  • İon mübadilə qatranlarının regenerasiyası

 

Xüsusiyyətləri

Susuz sulfat turşusu sıxlığı 1,9203 q/sm3 olan adi şəraitdə rəngsiz, iysiz, yağabənzər ağır mayedir. 10,45°S-də donur, 296,2°S-də qaynayır. Su ilə istənilən nisbətlərdə qarışır. Qatı sulfat turşusu demək olar ki, bütün metallarla reaksiyaya girərək müvafiq duz (sulfat) əmələ gətirir. Hidrogen-yodidi və qismən də hidrogen-bromidi oksidləşdirərək sərbəst halogenə çevirir. Qızdırıldıqda bütün metalları (qızıl və platin müstəsna olmaqla) oksidləşdirir. 

Sulfat turşusu kation qatranlarda ion mübadiləsi üçün geniş istifadə olunur. Güclü asidik kation mübadilə qatranları (reçinə) sulfat turşusu və ya hidroxlorid turşusu ilə regenerasiya olunur.  Qətranlarda toplaşmış kalsium (calcium), maqnezium (magnesium) və natriumu (sodium) efektiv şəkildə uzaqlaşdıraraq hidrogenlə əvəz edir. 

Regenerasiya üçün istifadə olunacaq sulfat turşusunun dəqiq konsentrasiyası, təmizlənmə dövründə olan sudakı kalsiumun miqdarına əsasən hesablanır.  Çünki tətbiq edilən sulfat turşusu qatranlarda toplaşan kalsiumları reaksiyaya girərək kalsium sulfat kimi aradan qaldırır. 

Asidik regenrasiya üçün tətbiq müddəti (The contact time) təx. 30 dəqiqədir və axın dəyəri 1 m3 suya - 150 litr olmalıdır. (Sulfat turşusu istifadə edərkən, bu regenerantın axın sürətinin yüksək olması üçün dizayn edilməsi məsləhətdir.)