политика компании

AquaLink Azərbaycan daha sağlam bir dünya üçün...

Su hövzələrinin çirklənmədən qorunması, onların təmizlənməsi, əhali və sənayenin yüksək keyfiyyətli su ilə təminatı, tullantı sularının təkrar təmizlənməsi AquaLink Azərbaycan şirkətinin prioritet sahəsidir.

Suyun istehlakçıya çatmadan öncə zərərli olabiləcək hər cür maddə və bakteriyalardan təmizlənməsi lazımdır. Biz, Sizə su hazırlanması ( içmə suyu, texniki su və tullantı suları) sahəsində kompleks çözümlər təklif edirik.

Məişətdə, Sənayedə və ya təsərrüfatda istifadə etdiyiniz suyun beynəlxalq standartlar çərçivəsində hazırlanması məqsədilə bizim mütəxəssislərimiz tərəfindən suyun fiziki və kimyəvi təmizliyi ilkin layihələndirməsi hazırlanır. Suyun mikrobiolojik və digər laboratoriya analizlərinin mütəmadi yoxlanılması yolu ilə biz müştərilərimizin keyfiyyətli su istifadə etməsini təmin edirik. Bu sahədə yalnız uzun illik alman təcrübəsinə əsaslanırıq. Təqdim etdiyimiz avadanlıq və kimyəvi maddələr alman istehsalıdır və keyfiyyəti zəmanətlidir.