Bizim missyamız


Şirkət siyasətimiz!

AquaLink Azərbaycan daha sağlam bir dünya üçün.

 Su hövzələrinin çirklənmədən qorunması, onların təmizlənməsi, əhali və sənayenin yüksək keyfiyyətli su ilə təminatı, tullantı sularının təkrar təmizlənməsi AquaLink şirkətinin prioritet fəaliyyət sahəsidir.
 Suyun istehlakçıya çatmadan öncə zərərli olabiləcək hər cür maddə və bakteriyalardan təmizlənməsi vacibdir.

Biz sizə su hazırlanması (içmə su, texniki su və tullantı suları, su filterleri) sahəsində kompleks həll yolları təklif edirik. Məişət, sənaye və təsərrüfatda istifadə edəcəyiniz suların beynəlxalq norma və standartlara cavab verməsi üçün, mütəxəssislərimiz tərəfindən suyun tərkibinin fiziki və kimyəvi monitorinqi aparılaraq su filtrasiya sistemlərinin layihələndirilməsi həyata keçirilir.

Suyun mikrobioloji və digər laboratoriya analizlərinin mütəmadi yoxlamaqla biz müştərilərimizi keyfiyyətli su ilə təmin edirik.
Satışdan sonrakı keyfiyyətli texniki servis xidməti ilə müştərimizin davamlı məmnuniyyətini təmin edirik.

Təqdim etdiyimiz avropa istehsalı avadanlıq və kimyəvi məhsullar keyfiyyət zəmanətlidir Aqualink şirkətinin əsas missiyası su hövzələrindən başlayaraq süfrənizə qədər olan bütün mərhələlərdə su sistemlərinin və suyun təmizliyini ən səmərəli və innovativ texnologiya, ən təhlukəsiz kimyəvi vasitələrlə təmin etməkdir.
 Şirkətimiz həyata keçirdiyi bütün layihələrdə ekolojı cəhətdən təmiz, ətraf mühitə dost texnologiya və kimyəvi maddələr tətbiq edərək ölkəmizdə ekoloji balansın qorunmasına çalışır.