"Aqualink"
MMC təmsil etdiyi "Kurita" şirkəti ilə birlikdə
23-24 Yanvar tarixlərində Orxan Mikayıl (“Aqualink” MMC-nin icraçı
direktoru) Tuncay Oktav (“Kurita” şirkətinin bölgə satış direktoru)
və Sadıq İbrahimov (“Aqualink” MMC-nin meneceri) - Azersu, AzerEnerji,
AzerGold və SOCAR Downstream müəssisə ilə görüş keçirildi. Bu görüş
sayəsində "Kurita" şirkətinin yeni texnologiyaları üzrə ətraflı
məlumatlar əldə edilmiş və şirkətlər arasında əməkdaşlıq perspektivləri
müzakirə edilmişdir. Bu əməkdaşlıq, Azərbaycanda sənaye sektorunda daha
effektiv və sürətli prosseslər təmin etməyə və su sistemlərində problemləri
həll etməyə kömək edəcək.
Görüş
çərçivəsində, "Kurita" şirkətinin yeni texnologiyaları haqqında
məlumatlar təqdim olunmuşdur. Bu texnologiyalardan biri, yeni dilurit bc
s-sistemidir. Bu sistem, sənayedə su sisteminin idarə edilməsini daha effektiv
və sürətli şəkildə həyata keçirmək üçün istifadə olunur. Digər bir texnologiya
isə kuriverter ik-110-dur. Bu texnologiyanın əsas məqsədi, suyun kimyəvi
təmizlənməsini və su istilik sistemlərindəki korroziv prosesləri həll
edilməsidir.
Bu
təqdimatda ayrıca "Kurita" şirkətindən ayrı bir şirkət olan “Avista”
tərəfindən təqdim edilən Antiskalant məhsulları da təqdim olunmuşdur . Bu
məhsullar, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər üçün su
təmizlənməsi, filtrasiya, korroziyanın qarşisının alinması ilə bağlı
texnologiyaları əhatə edir.
Bu təqdimatda iştirak edənlər arasənda AzerSu,
AzerEnerji, AzerGold və SOCAR Downstream kimi şirkətlər də daxildir.