Şirkət siyasətimiz!
AquaLink Azərbaycan daha sağlam bir
dünya üçün.
Su hövzələrinin çirklənmədən qorunması, onların
təmizlənməsi, əhali və sənayenin yüksək keyfiyyətli su ilə təminatı, tullantı
sularının təkrar təmizlənməsi AquaLink şirkətinin prioritet fəaliyyət
sahəsidir.
Suyun istehlakçıya çatmadan öncə zərərli
olabiləcək hər cür maddə və bakteriyalardan təmizlənməsi vacibdir.
Biz sizə su hazırlanması (içmə su, texniki su və tullantı suları, su
filterleri) sahəsində kompleks həll yolları təklif
edirik.
Məişət, sənaye və təsərrüfatda
istifadə edəcəyiniz suların beynəlxalq norma və
standartlara cavab verməsi üçün, mütəxəssislərimiz tərəfindən suyun
tərkibinin fiziki və kimyəvi monitorinqi aparılaraq su filtrasiya sistemlərinin
layihələndirilməsi həyata keçirilir. Suyun mikrobioloji və digər
laboratoriya analizlərinin mütəmadi yoxlamaqla biz
müştərilərimizi keyfiyyətli su ilə təmin edirik. Satışdan sonrakı
keyfiyyətli texniki servis xidməti ilə müştərimizin davamlı məmnuniyyətini
təmin edirik.
Təqdim etdiyimiz avropa istehsalı avadanlıq
və kimyəvi məhsullar keyfiyyət zəmanətlidir
Aqualink şirkətinin əsas missiyası su
hövzələrindən başlayaraq süfrənizə qədər olan bütün mərhələlərdə su
sistemlərinin və suyun təmizliyini ən səmərəli və innovativ
texnologiya, ən təhlukəsiz kimyəvi vasitələrlə təmin etməkdir.
Şirkətimiz həyata keçirdiyi bütün layihələrdə
ekolojı cəhətdən təmiz, ətraf mühitə dost texnologiya və kimyəvi maddələr
tətbiq edərək ölkəmizdə ekoloji balansın qorunmasına çalışır.