AquaLink Azərbaycan şirkəti ölkəmizdə su
mühəndisliyi, o cümlədən su və çirkab su təmizliyi və su sistemlərinin
istehsalı, qurulması və istismarı sahəsində fəaliyyət göstərməkdədir.
Şirkətimiz dünyanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış
bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir.
Şirkətimizin əsas fəaliyyət
istiqamətləri aşağıdakılardır:
Peşəkar su mühəndisliyi, o cümlədən:
- İçməli su sistemləri;
- Texniki su hazırlanması;
- Tullantı (çirkab) su
sistemləri;
- Su kimyəvi vasitələrinin
təchizatı;
- Su təmizləmə sistemlərinin
layihələndirilməsi və məsləhət xidmətləri;
- Su sistemlərinin və su
anbarlarının kimyəvi yuma xidmətləri (flushing);
- Su filtrasiya sistemlərinin
təmir və işə salma xidmətləri;
- Labaratoriya xidmətləri;
- Su filterlərinin təchizatı;
Peşəkar avtomatika mühəndisliyi, o cümlədən:
- Su sistemlərinin avtomatikası;
- Enerjiyə qənaət sistemlərinin
avtomatikası;
- Su və enerji sistemlərində rəqəmsal idarəetmə sistemlərinin qurulması.
Aqualink şirkəti su kimyəvi vasitələrinin
hazırlanması (istehsalı) sektorunda, o cümlədən içməli
su dezinfektantları, qazanxana, soyutma sistemi üçün kimyəvi
əlavələr, səth dezinfektantları və CİP təmizliyi sahəsində uzun illik təcrübəsi
olan bir müəssisədir. Müəssisənin istehsalı olan bir çox məhsul
patentləşdirilərək istifadə və istehsal hüquqları qorunur. Elmi
araşdırmalar və sınaqlar nəticəsində bir çox mühüm kəşflər edilmişdir.
Hazırda AquaLink şirkəti Amerikanın,
Avropanın və Türkiyənin bir çox şirkətlərinin
məhsullarının Azərbaycan bazarında satışını və texniki xidmətlərini
gerçəkləşdirir. Su təmizləmə, hazırlama və dezinfeksiya sistemlərinin
layihələndirilməsi sahəsində xidmətlər göstərən və dünya bazarında geniş
paya malik ən aparıcı şirkətlərin ölkəmizdə təmsilçiliyini
həyata keçirir. Referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir
qismi ilə tanış ola bilərsiniz.
Hazırda Almaniyada su
təmizlənməsində istifadə olunan xüsusi təyinatlı avadanlıqların (filtr,
əks osmos, su yumşaldıcıları)
idxalı, layihələndirilməsi və quraşdırılması şirkətimiz
tərəfindən aparılır.
İçməli və texniki suyun hazırlanması sahəsində
Danimarkanın EUROWATER şirkətinin rəsmi distribütorluğunu həyata keçirən
AquaLink şirkəti, bu sahədə kompleks həll yolları təklif edir. Eyni
zamanda satılan avadanlıqlara avropa zəmanəti təqdim olunmaqla satış
sonrası texniki xidmət göstərilir. Bununla yanaşı, Aqualink şirkəti
Danimarkanın Grundfos və Desmi kimi pompa istehsalçılarının layihə
tərəfdaşıdır.
Tullantı sularının təmizlənməsi sahəsində
Avropanın qabaqcıl firmalarından olan "Nijhuis İndustries" şirkətinin
rəsmi nümayəndəsi kimi ölkəmizdə tullantı sularının təmizlənməsi, tullantının
dəyərləndirilməsi sahəsində məhsul və xidmətlər təklif edir.
AquaLink şirkəti Amerikanın
"Culligan" şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Culligan şirkəti su hazırlanması və tullantı sularının
təmizlənməsində innovativ texnologiyalar təqdim edir.
Aqualink həmçinin Amerikanın 140 illik nəhəngi
"AO Smith" şirkətinin Azərbaycanda rəsmi dilerlidir. AO Smith məişət
və sənaye tipli su hazırlanması sahəsində ixtisaslaşmış bir təşkilat kimi,
unikal həll yolları və yüksək keyfiyyətli məhsullar təqdim edir.
Eyni zamanda, Aqualink şirkəti tərəfdaşlıq
çərçivəsində əldə etdiyi patentlər əsasında su kimyəvi vasitələrinin
istehsalını həyata keçirir. Bunlardan, Xlordioksid, ərpə qarşı (anti skalant)
maddə, koagulyant və biosidlər.
Aqualink şirkəti sizə yüksək keyfiyyətli su
filterləri, su təmizləmə qurğuları təklif edir. Şirkətimizin təqdim etdiyi
yüksək keyfiyyətli su təmizləmə, su hazırlama, su filtiri və digər su
filterləri suyun tərkibindən bütün potensial zərərli elementləri ideal su
filtri hissələri vasitəsilə təmizləyir. Aqualink şirkəti su təmizləmə, su
hazırlanma qurğuıarının və su filtiri, su filterlərin ehtiyyat hissələrinin
Bakıda münasib qiymətə satışı və qurşdırılması şirkəti olaraq təklif etdiyi
avadanlıqlar istifadə istiqamətindən asılı olmayaraq suyun keyfiyyətini nəzərə
çarpacaq dərəcədə yaxşılaşdırır. Şirkərin təqdim etdiyi su filtrlərinə su
filteri membranları, su filteri katric və su filteri krantı, eləcə də ev üçün
su filtri müxtəlif növlərdə su filteri, mətbəx üçün su filtri və digər su təmizləmə
avadanlıqları daxildir. Şirkət həmçinin sifarişçinin texniki tapşırığını nəzərə
alaraq su təmizləmə sistemlərinin seçilməsinivə layihələndirilməsini həyata
keçirir. Satış və xidmətlərə həmçinin texniki servis də daxildir.