"Aquatherm Baku" 19-21 oktyabr 2023-cü il

Öz fəaliyyətini 14 ildən artıqdır ki davam etdirən “AquaLink” şirkəti Azərbaycanda təşkil edilmiş #Aquatherm #BakuBuild və #RebuildKarabakh  iştirak etdik. 19-21 oktyabr tarixlərində keçirilən sərgidə stendimizi ziyarət edən tərəfdaşlarımıza su mühəndisliyi və çirkab su təmizləmə, təkrar emal və sudan səmərəli istifadə sahəsində yenilikləri təqdim etdik.


“AquaLink” MMC su sistemləri o cümlədən kimyəvi məhsulların təchizatı sahəsində fəaliyyət göstərən ixtisaslaşmış şirkətdir. “AquaLink” şirkəti su kimyəvi vasitələrinin hazırlanması (istehsalı) sektorunda, o cümlədən biosidlər, qazanxana, soyutma sistemi üçün kimyəvi maddələr, "Flushing" xidmətləri sahəsində uzun illik təcrübəsi olan bir müəssisədir. Şirkətimiz dünyanın aparıcı bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir. Bunlardan AO SMİTH, HACH, KURİTA, NİJHUİS SAUR İNDUSTRİES, BİMAKS kimya, HYDRANAUTİCS, EUROWATER və s.


Bu məhsuldar gün bizə şirkətimizi nümayiş etdirməyə, məhsul və layihələrimizin  suyun təmizlənməsi sənayesindəki əhəmiyyətini nümayiş etdirməyə imkan yaratdı. Sərgi zamanı stendimizə bir çox dövlət qurumlarının, beynəlxalq və yerli şirkət nümayəndələri yaxınlaşmış və məlumatlandırılmışdır.