Baku Water Week

"Aqualink" şirkətinin 2024-cü il martın 12-dən 14-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında - Baku water week iştirak edəcəyini məmnuniyyətlə bildiririk. Bizim stendimiz 35 nömrədə yerləşəcək və biz bütün sərgi ziyarətçilərini stendimizi ziyarət etməyə dəvət edirik.


"Aqualink" şirkəti su və çirkab suların təmizlənməsi sistemlərinin, həmçinin su təchizatı sistemlərinin  quraşdırılması və istismarı üzrə xidmətlər təklif edən hidrotexnika sahəsində ixtisaslaşmış şirkətdir. Biz suyun fiziki və kimyəvi təmizlənməsi üzrə ixtisaslaşmış bir çox beynəlxalq müəssisələri təmsil edirik.


Göstərdiyimiz xidmətlər barədə mütəxəssislərimizdən ətraflı məlumat almaq üçün sizi stendimizə dəvət edirik!