II Xəzər Su İnnovasiya Forumu

Ölkəmizdə 30 may 2023-cü il tarixində II Xəzər Su İnnovasiya Forumu keçirildi.


"Baku Marriott Boulevard” hoteldə 500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən tədbirin hədəfi regionda su təəssərrüfatının idarəedilməsində, tullantı suların idarəedilməsində, təkrar emalında, ətraf-mühitə münasibətdə, ekoloji sistemə təsirlərin müəyyən edilməsində dünya təcrübəsini, yeni texnologiyaların nümayişi, dövlət və özəl sektor yeniliklərini bir araya gətirən müzakirə və əməkdaşlıq platforması olmaqdır.


Forumun keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə fəaliyyət göstərən dövlət, özəl, beynəlxalq təşkilatlar, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış etmək, təcrübə mübadiləsini təmin etmək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olmaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılması üçün platforma yaratmaqdır.