Bitkilərin yetişdirilməsində xlor-dioksidin istifadəsi ilə bağlı saysız-hesabsız sorğulara cavab olaraq biz bitkiçilik üçün bu maddə haqqında ən populyar 8 mifin siyahısını hazırladıq. İllərlə istixanalarda aparılan elmi tədqiqatlar irriqasiya sistemlərinin və səthlərin bifilmdən, yosunlardan, bakteriyalardan və göbələklərdən təmizlənməsi zamanı xlordioksidin unikal effektivliyini sübut etdi.
1. «Xlordioksid bağçılıqda və bitkiçilikdə tətbiq etmək üçün lazımi dərəcədə tədqiq olunmamışdır»
Xlor-dioksid dəfələrlə laboratoriyalarda tədqiq olunaraq, təcrübədə sınaqdan keçirilmiş, bu məhsulun unikal xarakteristikalarını təsdiq edən elmi xülasələr tərtib olunmuşdur. NSF sertifikatının əldə olunması müstəqil laboratoriyalarda xlordioksid məhsulunun ən geniş yayılmış patogenlərə təsirinin dəqiqliklə yoxlandığına dəlalət edir. Bundan başqa, laboratoriyadan kənarda xlordioksid məhsulunun bakterisid, virusid, alqisid və funqisid vasitə kimi uğurlu çöl sınaqları aparılmışdır. Nəhayət, mötəbər kommersiya istixanalarından biri xüsusi olaraq patogenləri dəf etmək, bioplyonka və yosunları aradan qaldırmaq üçün protokollar və tətbiq reqlamenti işləyib hazırlamaq məqsədilə beş il ərzində bu məhsulla işləmişdir. Bu effektiv oksidləşdiricinin xüsusiyyətlərini istifadə etməklə, bitkilərin sağlamlığının yaxşılaşdırılması istiqamətində tədqiqatlar davam edir.
2. «İstehsalçılar məhsulu istifadə etmir»
Xlordioksidin unikal xüsusiyyətlərini istifadə etməklə getdikcə daha çox istehsalçı istixana təsərrüfatında ənənəvi vasitələrin həll edə bilmədiyi problemləri həll etmək üçün xlordioksid məhsulunu istifadə edir. Arber Greenhouses Ltd, Gutknecht. Orticola Bassi, Griffin Greenhouse & Nursery Supplies və Avropa və Birləşmiş Ştatların bir çox digər istehsalçıları məhsulu əldə etməkdə, bioplyonka, yosunlar, bakteriyalar və göbələklər tərəfindən vurulan zərərin azaldılmasında, istixanada kənd təsərrüfatı bitkilərinin istehsal şəraitinin yaxşılaşdırılmasında maraqlıdır.
3. "Məhsul fitotoksikdir, o mənim bitkilərimi yandıracaq və məhv edəcək"
Demək olar ki, bütün alqisidlər yüksək konsentrasiyalarda istifadə olunduqda bitkiləri məhv edə bilər. Lakin buna baxmayaraq, bütün dünyada içməli suyun təmizlənməsi üçün istifadə olunan xlordioksidin üstünlüklərindən biri onun məhz aşağı konsentrasiyalarda effektiv olmasıdır. İstixanalarda beş il ərzində aparılan geniş elmi tədqiqatlar göstərdi ki, xlordioksidin suda konsentrasiyası 0,25 – 0,8 mq/l olduqda damcı suvarma sistemləri bifilmsiz və yosunsuz saxlanılacaq. Kökətrafı torpaq xəstəlik törədən bakteriyalardan və göbələklərdən müdafiə olunacaq, bununla da, bitkilərin sağlamlığı yaxşılaşdırılacaq və onların itkisi azalacaq. Aparılmış laboratoriya tədqiqatları təsdiq edir ki, xlordioksid hətta 50 mq/l-dən artıq konsentrasiyalarda belə bitkilərə zərər vermir.
4. "Məhsul torpaqda olan faydalı mineralları məhv edəcək"
Tədqiqatlar göstərir ki, tövsiyə olunan dozalarda məhsul torpaqda olan faydalı mikroelementlərə təsir etmir. Digər oksidləşdiricilərdən fərqli olaraq, onlarla reaksiyaya girmir və yan məhsullar yaratmır. Həmçinin xlordioksid geniş pH diapazonunda effektivdir.
5. "Materiallara və avadanlığa qarşı aqressiv məhsuldur"
Təcrübə və laboratoriya sınaqları göstərir ki, tövsiyə olunan dozalarda daimi və qısamüddətli istifadə zamanı xlordioksid materiallara və avadanlığa qarşı korroziya və ya digər təsir nümayiş etdirmir.
6. "Xlor-dioksid suda təhlükəli birləşmələr yaradır"
99%-dən artıq təmizlikli xlordioksidin alınması üçün patentləşdirilmiş texnologiya, digər dezinfeksiyaedicilərdən fərqli olaraq, suda müxtəlif birləşmələrin yaranmasının qarşısını alır. Xlordioksid təbiətinə görə suda hidrolizlə olmur, triqalametanlar və digər kanserogenlər əmələ gətirmir.
8. "Məhsulun dəyəri alternativ həllərdən daha bahadır"
Digər dezinfeksiya məhsulları ilə müqayisədə eyni dəyərə malik olmaqla belə xlordioksid qiymətli xüsusiyyətlərinə, etibarlı olduğuna və istifadəsinin çox yönümlülüyünə görə daha cəzb edici məhsuldur. Xlordioksid aşağı konsentrasiyalarda patogenlərin məhv edilməsində çox effektiv olub, biofilmin selik qatlarına nüfuz edə bilir, onu məhv edir və təkrar yaranmasının qarşısını alır ki, ənənəvi dezinfeksiya edici vasitələr bu cür təsirə malik deyil.