Sağlamlıq üçün təhlükəsiz hovuz

Sağlamlıq üçün təhlükəsiz hovuz

Yəqin ki, üzgüçülük hovuzdakı xlorqoxusu, dəridəki quru hissi və gözlərin qızarmasındanartıq yorulmusuz. Əvvəlki məqaləmizdə bu kimi halların yaranma səbəbləri barədə danışmışdıq. Köhnəlmiş xlorla dezinfeksiya texnologiyasını tənqid edərək müasir təhlükəsiz metodlar haqqında səssiz qalmaq ədalətsizlik olardı.



Dünyada hər şey dəyişir, elm və texnika inkişaf edərəköz yerində qalmır. Ekspertlər xlor dioksidi ən təhlükəsiz və ən effektiv dezinfeksiya vasitəsi kimi böyük bir gələcəyə malik olduğunu proqnozlaşdırırlar. Ən optimist ekspertlər xlordioksidin müasir dünyada hovuz suyunun dezinfeksiyasında əsas vasitələrdən birinə çevriləcəyini vurğulayırlar. Onların optimistliyi bu molekulun xüsusiyyətlərindən irəli gələn və şübhə bir olmayan faktlara əsaslanır.

Xlordioksid xlorun xarakterik xüsusiyyətlərinə malik deyil. Adında "xlor" sözünün olmasına baxmayaraq, onun xüsusiyyətləri xlordan radikal olaraq fərqlənir. Xlor və xlor dioksidin ümumi bir sözə malik olması bizi yanılmamalıdır. Bunlar tamamilə fərqli maddələrdir. Ən başlıcası xlordioksid sərbəst xlor əmələ gətirmir. Sərbəst xlorun təhlükəsi haqqinda biz ilk “Bizi öldürən təhlükəli hovuz” adlı məqaləmizdə ətraflı yazmışdıq. Burada xlordan fərqli olaraq, oksigen əsas elementdir. Bu molekulun ğzəl xüsusiyyətiodur ki, reaksiya oksidləşmə metodu ilə baş verir.Nəticədə xlor dioksidi üzvi maddələrlə reaksiya girmir. Üzvi maddələrin xüsusiyyətlərini dəyişmir. Buna görə zərərli əlavı məhsullar meydana gəlməsi mümkün deyil.(xloraminlər, xloroform, trihalometanlar, halogen sirkə turşuları, mutagen X və s.)



Xlordioksid suda hidroliz olunmur, qaz olaraq qalır. Bu xüsusiyyət sizə hovuz divarlarını biofilmdən təmizləməyərək yenidən meydana gəlmənin qarşısını almağa və yosunların yaranmasının qarşısını almağa imkan verir. Xlordioksid 4-10 arası pHdərəcəsində təsirlidir. Xlordioksiddən sonra hovuza girdikdə dəridə quruluq, gözlərdə qıcıqlandırma hissi olmayacaq. Saçlarınız sağlam və parıltılı olacaq. Bu maddə güclü bir bakterisid, virusidal, funqisidal və acarisidal təsir göstərir. Bu, dünyanın qabaqcıl ölkələri tərəfindən tətbiq olunan ən qabaqcıl su dezinfeksiya texnologiyasıdır.



Xlordioksid demək olar ki, mövcud olan bütün patogenlərə qarşı effektivdir. Əksər biosidlərin əsas problemi mikroorqanizmlərin onlara qarşı müqavimətinin əmələ gəlməsidir. Çox saylı təcrübələrlə xlordioksiddə bu problemin olmadığı sübut olunub. Belə ki, mikroorqanizmlərin məhvi prosesində onlarda qoruyucu xüsusiyyətlərin inkişafı müşahidə olunmayıb. Xlor dioksid amin turşuları və zülal ilə ilə reaksiya girirərək hüceyrənin daxilini parçalayaraq onun nəfəs almasını dayandırır.

Xlordioksidi müxtəlif beynəlxalq müstəqil və hökumət təşkilatları tərəfindən istifadəsinə icazə verilib. ABŞ-ın ətraf mühitin qorunması agentliyində qeydə alınıb. Belə ki, İçməli suyun dezinfeksiyası və qida ilə birbaşa təmas üçün qoyulan ciddi tələblərə cavab verir. Qida və Dərman Vasitələrinə Nəzarət idarəsi (FDA) və ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA), qida sənayesində və bələdiyyə sektorunda bakteriya və kiflə mübarizə üçün xlordioksidi təsdiqləyib. Xlordioksid avropa qanunvericiliyi və direktivləri tərəfindən virusidal, funqisidal, sporisidal və alqisidal kimi müxtəlif xəstəliklərin patogen funksiyasına qarşı dezinfeksiyaçı kimi qəbul edilir. Dünya Sağlamlıq Təşkilatı tərəfindən (WHO) içməli suyun dezinfeksiya vasitəsi olaraq tövsiyə olunur. Ətraf mühitin qorunması, insan sağlamlığının qorunması, ərzaq təhlükəsizliyi və içməli suyun məsələləri ilə məşğul olan NSF International beynəlxalq müstəqil təşkilatı tərəfindən sertifikatlanmışdır.

Müasir və inkişaf etmiş texnologiyaların xeyrinə seçim edin. "Daş dövründə" qalmağın mənası yoxdur. Müasir suyun dezinfeksiya üsullarından istifadə etmədiyiniz təqdirdə rəqibləriniz sizi ötüb keçəcək.