İyun ayının 10-dan 12-dək Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgisi keçirilmişdir. Sözü gedən sərgi sənayenin parlaq tədbiri, valehedici zövq və innovasiyaların harmoniyası, müasir təmayüllərin kəşfi və yeni tərəfdaşlıq alyanslarının yaranmasıdır.
Sərgidə "A.O. Smith Water Technologies" şirkətinin tərəfdaşlığı ilə "Aqualink" MMC öz stendində nümayiş etdirdiyi su təmizləmə qurğuları və filtrlər ilə ziyarətçilərin marağına səbəb olmuş, sərgi çərçivəsində tərəfdaşlıq və distribusiya imkanlarını üzbəüz müzakirə etmək üçün əlavə platforma olan ikitərəfli (“B2B”) keçirilmiş görüşlərdə iştirak etmişdir.