baku water week

Ölkəmizdə təşkil edilən “Baku water week” beynəlxalq su təsərrüfatı sərgisi öz auditoriyası və ixtisaslaşmış şirkətlərin, ən önəmlisi isə yerli şirkətlərin yüksək iştiraklılığı ilə yadda qalmışdır. Sərgi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) təşkilati dəstəyi və təşəbbüsü ilə Caspian Event Organizers şirkəti tərəfindən cari ilin 12-14 mart tarixlərində Bakı ekspo mərkəzində keçirilmişdir. Sərgi çərçivəsində keçirilən panel müzakirələr və beynəlxalq konfransın təşkil edilməsi, sərgiyə olan marağın və tədbir vasitəsi ilə bilik və bacarıqların artırılmasına əvəzsiz xidmət göstərmişdir.
Şirkətimiz sərgidə iştirak edərək öz məhsul və texnologiyalarını nümayiş etdirmiş, habelə sərginin daha zəngin və maraqlı keçməsinə töhfə vermək məqsədilə təmsil etdiyimiz ümumilikdə 13 şirkətin “AO Smith”, “Nijhuis Saur İndustries”, “Evoqua”, “Kurita”, “Nalco Ecolab”, “BWT Ecosoft”, “Nitto Hydranautics”, “NX Filtration”, “Arsistek”, “Aquabay”, “Aqua GT”, “SuKim” və “NCC”, o cümlədən 21 xarici mütəxəssisin iştirakını təmin etmişdir. 
Eyni zamanda, sərgi çərçivəsində təşkil edilən panel müzakirələr və konfransda çıxış edərək ölkəmizdə su təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində yeni texnoloji keçid üzrə təqdimat və çirkab suların təkrar emalı ilə bağlı müzakirə apardım.  Qeyd edilən platformalarda şirkət adından icraçı direktor Orxan Mikayılın çıxışı su təsərrüfatında inteqrə edilmiş çözümlərə və texnoloji yeniliklərə həsr edilmişdir. Bu istiqamətdə Aqualink şirkətinin təqdim etdiyi su təsərrüfatının elektron idarəetmə sistemləri yeni dövrə keçid, su itkilərinin qarşısının alınması və çevik çözümləri özündə ihtiva edir.  
Sərgi və konfransdan əldə etdiyimiz tanınarlıq, şirkət imicinin möhkəmlənməsi, xoş xatirələr və müsbət emosiyalar tədbirin uğurlu olmasının bariz nümunələrindəndir. 
Aqualink şirkəti olaraq, cari sərgidə iştirak etmiş, öz maraqlı stendimiz ilə ziyarətçiləri cəlb etmiş və təmsil etdiyimiz marka və şirkətlərin xidmət məhsulları ilə geniş maraq toplamışıq.