Cari ilin mart ayında Aqualink şirkəti təmsil etdiyi EUROWATER şirkətinin nümayəndə heyəti ilə birlikdə AZƏRSU ASC-də görüş keçirilmişdir. AZƏRSU ASC - tərəfindən həyata keçirilən layihələrdə AQUALINK şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Məlumat verildi ki, Azərsu ASC-nin sifarişi əsasında Aqualink şirkəti tərəfindən Ceyranbatan su anbarında suyun dezinfeksiyası üzrə layihə hazırlanmış və 2014-cü ildə təqdimatı keçirilmişdir. Bundan əlavə, Quba rayonu su təchizatının keyfiyyətinin artırılması məqsədilə suyun təmizlənmə sistemi Aqualink tərəfindən təchiz edilmişdir.