Bizi öldürən təhlükəli hovuz

Bizi öldürən təhlükəli hovuz

Hovuzda üzmək yalnız uşaqların deyil, böyüklərin də əhval-ruhiyyəsini qaldırır. Biz inanırıq ki, məşq edirik, fiziki idmanla məşğul oluruq və sağlamlığımız üçün narahat olmağımıza heç bir əsas yoxdur. Əslində belədirmi?


Hovuzlarda suyun etibarlı dezinfeksiya edilməsi ziyarətçilərə təhlükə yaratmadan həyata keçirilməlidir. Yəqin ki, hovuza getdikdən sonra saçların  tökulməsi, dərinin quruması,  gozlərin qızarmasi kimi problemlərlə qarşilaşmısız. Əslində bunlar kiçik şeylərdir, daha təhlükəli faktlar haqqinda biz bu məqalədə ətraflı məlumat verəcəyik.

Bəzi üzgüçülük hovuzları hələ də köhnəlmiş vasitələrdən istifadə edərək, suyun dezinfeksiya sahəsində yeni, innovativ texnologiyalara müraciət  etmirlər. Ənənəvi dezinfeksiya hovuz sularına xlorun əlavə edilməsinə əsaslanır. Əvvəllər alternativsiz görünən və 100% təhlükəsiz hesab olunan xlor barəsində artıq mütəxəssilər tam əksini söləyir. Hazırda sübut olunub ki, xlor tərkibli maddələrlə dezinfeksiya zaman insanların sağlamlığına ciddi təhlükə yaranır.

Bu mənfi təsirlər xlor molekulunun xassələrindən, eləcə də onun orqanik maddələrlə reaksiyası zamanı ortaya çıxan təhlukəli birləşmələrdən qaynaqlanır. Əslində xlorun suda həll  olması nəticəsində hipoxlorit turşusu əmələ  gəlir ki, bu əvəzetmə reaksiyası xlor molekulunun üzvu madde molekulları ilə birləşərək başqa xassəli təhlükəli maddə yaratmasına səbəb olur.

Bu reaksiya nəticəsində görünən və görünməz olan xloraminlər, xloroform, trixlormetan, mutagen X, karbon tetraxlorid və bir çox digər təhlükəli birləşmələr meydana gəlir. Bu isə öz növbəsində insan orqanizminə, daxili orqanlara, xüsusilə də inkişafda olan uşaq orqanizminə çox mənfi təsir göstərir.
Reaksiya nəticəsində yaranan xlorlu birləşmələrlə çirklənmiş su, pnevmoniya, qastrit, qaraciyər xəstəlikləri, selikli qişa, ürək və onkoloji xəstəliklər də daxil olmaqla çox sayda xəstəliklərə gətirib çıxarır.

Bu birləşmələrin böyük qismi suda olan zaman ağız, burun və dəri vasitəsi ilə bədəninizə  nüfuz edir. Əksər hallarda orqanizmə daxil olan zəhərli maddələrin miqdarı çox kritik ola bilər.
Növbəti mənfi amil xlorun aşağı dezinfeksiya qabiliyyətidir.  Hovuza gələn istənilən adam hətta sağlamlıq arayışı ilə belə təhlükəli xəstəliklərin, müxtəlif virus və göbələk xəstəliklərinin daşıyıcısı olmadığına zəmanət verə bilməz.

Bir çox mikroorqanizmlərdə bir müddət sonra xlor tipli dezinfektantlara qarşı davamlılıq yaranır. Xlor tərkibli dərmanlar , göbələk, hepatit B, legionella, Cryptosporodia, Giardia, Protozoa və digərləri ilə mübarizədə  tamamilə yararsızdır.

Şübhəsiz ki, sürüşkən divarları olan  hovuz görmüsünüz. Bu biyofilm təbəqəsidir, mineral yataqları olan bir polisaxarit qatdır. Onun içərisində mikroorqanizmlərin bütün koloniyaları aktiv şəkildə inkişaf edir və biofilm dezinfektantlara qarşı bir növ qoruyucu qalxan kimi xidmət edir. Biofilmdə mikroorqanizmlərin sayı suya nisbətən 1000 dəfə yüksəkdir. Təcrübələr göstərir ki, xlor əsaslı dezinfektantlar biyofilmi məhv edə bilmir  və yosunlamanın qarşısını almaqda acizdir. 

Hovuz sularının dezinfeksiyası üçün xlor əsaslı texnologiyanın mənfi təsirləri:

  • Tənəffüs orqanlarının qıcıqlandırır
  • Gözlərdə ağrı və qızartı yaradır
  • Dəridə reaksya verir (allergiya, səpki , qaşınma, quruluq, qızartı)
  • Saçın quruluşuna  mənfi təsir edir
  • Təhlükəli xəstəliklərin mənbəyi olan əlavə maddələr meydana gətirir
  • Spor əmələ gətirən bakteriyalar və göbələklərlə yanaşı bəzi patogenlər məhv olmur
  • Mikroorqanizmlərdə qoruyucu funksiyalar inkişaf etdir və imunitet yaranır
  • Xlor tərkibli maddələr suyun pH dəyərindən təsirləndiyi üçün mütləq pH tənzimləyici istifadə etmək lazımdır
  • Biofilmə və yosunlara qarşı tamamilə təsirsizdir

Dezenfeksiyanın xlor tərkibli maddələrlə həyata keçirildiyi hovuzları ziyarət edərək, şüursuz amma könüllü olaraq və öz pulumuzla sağlamlığımıza zərər veririk. Xoşbəxtlikdən yeni texnologiyaların tərəqqisi dayanmır. Bu köhnə üsulların yerinə yeni texnologiyalar gəlir. Növbəti “ Təhlükəsiz və sağlam hovuz” məqaləmizdə bu barədə ətraflı məlumat verəcəyik.