Xüsusiyyətləri
Aktivləşdirilmiş karbon, ağac və yaxud kokosdan hazırlanmış təbii məhsuldur. Karbon elementi adsorbent rolu oynayaraq çirkləndiriciləri və aktiv xloru udur. Filtrasiya nəticəsində suyun şəffaflığı bərpa olunur, xoşagəlməz qoxu və dad aradan qalxır.
Üstünlükləri
Maksimum effektivdir. Aktivləşdirilmiş karbon həll olunan çirkləri tamamilə udmaq üçün ən təsirli adsorbentlərdən biridir.
Ekoloji cəhətdən təmizdir. Karbon filtr elementləri xlor birləşmələrini, fenolları, pestisidləri və digər çirkləndiriciləri aradan qaldırır.
Etibarlı və uzunömürlüdür. Avadanlıq üzünmüddətli və davamlı istismar üçün nəzərdə tutulmuşdur. Filtrasiya bölməsinin yuyula bilməsi təmizləmə işini yenidən bərpa edir.
Qurğuların təsviri
Karbon filtrələr çox müxtəlif ölçülü və materiallardan ibarətdir. Aqualink şirkəti istənilən axın həcminə uyğun olan karbon filtrələr təqdim edir. Bütün karbon filtrələr avtomatik yuma sistemi ilə təchiz edilib. İstəyə görə əlavə CİP dezinfeksiya sistemi və paslanmayan polad korpus ilə təchiz edilə bilər.