"Aqualink" MMC təmsil etdiyi "Kurita" şirkəti ilə birlikdə 23-24 Yanvar

"Aqualink" MMC  təmsil etdiyi  "Kurita" şirkəti ilə  birlikdə 23-24 Yanvar tarixlərində Orxan Mikayıl (“Aqualink” MMC-nin icraçı direktoru)   Tuncay Oktav (“Kurita” şirkətinin bölgə satış direktoru) və  Sadıq İbrahimov (“Aqualink” MMC-nin meneceri) - Azersu, AzerEnerji, AzerGold və SOCAR Downstream müəssisə  ilə görüş keçirildi.  Bu görüş sayəsində "Kurita" şirkətinin yeni texnologiyaları üzrə ətraflı məlumatlar əldə edilmiş və şirkətlər arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Bu əməkdaşlıq, Azərbaycanda sənaye sektorunda daha effektiv və sürətli prosseslər təmin etməyə və su sistemlərində problemləri həll etməyə kömək edəcək.

 

Görüş çərçivəsində, "Kurita" şirkətinin yeni texnologiyaları haqqında məlumatlar təqdim olunmuşdur. Bu texnologiyalardan biri, yeni dilurit bc s-sistemidir. Bu sistem, sənayedə su sisteminin idarə edilməsini daha effektiv və sürətli şəkildə həyata keçirmək üçün istifadə olunur. Digər bir texnologiya isə kuriverter ik-110-dur. Bu texnologiyanın əsas məqsədi, suyun kimyəvi təmizlənməsini və su istilik sistemlərindəki korroziv prosesləri həll edilməsidir.

 

 Bu təqdimatda ayrıca "Kurita" şirkətindən ayrı bir şirkət olan “Avista” tərəfindən təqdim edilən Antiskalant məhsulları da  təqdim olunmuşdur . Bu məhsullar, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər üçün su təmizlənməsi, filtrasiya, korroziyanın qarşisının alinması ilə bağlı texnologiyaları əhatə edir.

 

Bu təqdimatda iştirak edənlər arasənda AzerSu, AzerEnerji, AzerGold və SOCAR Downstream kimi şirkətlər də daxildir.