Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi.

"Aqualink" şirkəti olaraq demokratiya dəyərlərini hər zaman qoruyuruq və ölkəmizin daxili siyasi həyatına aktiv dəstək veririk.


Ölkəmiizin ilk zəfər seçkilərini və ərazi bütövlüyümüzü şirkət heyəti və rəhbərliyi olaraq yüksək əhval ruhiyyə ilə qeyd edir, seçkilərin keçirilməsini dəstəkləyirik.

Bu səbəbdən cari ilin 6 fevral tarixində  şirkətimizin daxilində ölkəmizdə keçirilən  Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı məlumatlandırma yığıncağı keçirilmişdir. 


Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi 2024-cü il fevralın 7-də təyin olunması və şirkətimizin əməkdaşlarının seçkilərdə aktif iştirak edərək öz səs hüquqlarından istifadə edilməsi istiqamətində maarifləndirici işlər aparılmışdır.  Bizim şirkət, bütün işçiləri seçkilərdə aktiv iştirak etməyə və ölkəmizin gələcək inkişafına töhfə verəcək layiqli namizəd üçün səs verməyə çağırır.

Ölkəmizin bütün ərazi vahidlərində ilk dəfə keçirilən seçkilər bizə Zəfər abu-havası yaşatmakla bərabər yeni bir şanlı tarih yazmaqdadır. Odur ki, Azərbaycan Respublikasının sabitliyini, çiçəklənməsini və inkişafını  təmin edən liderimizi seçkilərlə müəyyən etməyin vaxtıdır.  Biz şirkət olaraq müvafiq sahə üzrə davamlı inkişafa öz töhfəmizi verərək daha parlak gələcək üçün hakimiyyətimizi dəstəklədiyimizi bəyan edirik..


Birlikdə Azərbaycan Respublikasının 2024-cü il prezident seçkilərini mühüm və tarixi etmək üçün seçkilərdə aktiv iştirak edəcəyik!


Hörmətlə, "Aqualink" şirkəti