Aqualink Azerbaijan LLC Caspian Agro Week 2026 sərgisində

Caspian Agro Week 2026 çərçivəsində Aqualink Azerbaijan LLC
olaraq kənd təsərrüfatında suyun səmərəli idarə olunması, innovativ su texnologiyaları və dayanıqlı həllərin təşviqi istiqamətində fəaliyyətimizi təqdim etdik.
Sərgi boyunca keçirilən görüşlər, panel müzakirələri və forum sessiyalarında şirkət rəhbəri Orxan Mikayıl iştirak edərək su resurslarının qorunması, təkrar istifadə imkanları və aqrar sektorda innovativ yanaşmalar barədə fikirlərini bölüşdü. İnanırıq ki, su təhlükəsizliyi  və davamlı kənd təsərrüfatı gələcəyin əsas prioritetlərindəndir. Bu istiqamətdə tərəfdaşlıqların və innovasiyaların inkişafına töhfə verməyə davam edəcəyik.
Sərgidə yanımızda olan partnyorlarımız A.O. SMITH , ECOSOFT - The Water Professionals , NCC -Newtech Chemical Company, JUMO Türkiye, Hydrolink şirkətlərinə təşəkkür və şükranlarımızı ifadə edirik.