Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab @Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (#TDT) Budapeştdəki Nümayəndəliyinin icraçı direktoru cənab Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru cənab Laszlo Örloş ilə baş tutan məhsuldar görüşümüzdən xatirə şəkli paylaşmaqdan məmnunluq duyuram. Artıq uzun müddətdir ki, ölkəmizdə birgə layihə sənədinin hazırlanması istiqamətində intensiv iş aparırıq. Bu çərçivədə Macarıstanın qabaqcıl su və ətraf mühit texnologiyalarının Azərbaycanda tətbiqi üzrə müxtəlif innovativ həllər üzərində çalışmışıq və aidiyyəti dövlət qurumlarında tətbiqi üçün qrant layihəsi ilə müraciət etmişik. Aqualink olaraq, Pureco ilə əməkdaşlıq çərçivəsində hazırladığımız yeni texnoloji həllərin yaxın zamanda ölkəmizdə və regionda tətbiqinə başlamağı planlaşdırırıq. Davamlı və innovativ su idarəçiliyi istiqamətində əməkdaşlıqlarımızı genişləndirməkdə qərarlıyıq.
