Əlavə üstünlükləri ilə alternativ dezinfektant

Rusiyalı mütəxxəsislər tərəfindən hazirlanmış və Rusiyada suyun emal prossesində xlordioksidin tətbiqinə başlanılması ilə əlaqədar aparılan elmi təcrübə və müşahidələr əsasında hazırlanmış elmi məqaləni bəzi ixtisarlarla diqqətinizə çatdırırıq.

  Xlordioksidin tətbiqinin dünya təcrübəsi və çoxsaylı tədqiqatlar içməli, istehsal və çirkab suların hazırlanmasında və dezinfeksiyasında xlor dioksidin tətbiqinin səmərəliliyini, xlorlanma ilə müqayisədə onun faydalılığı və etibarlılığını, sanitariya və gigiyena üstünlüklərini təsdiq edir. Tədqiqatımız və praktik təcrübəmizin göstərdiyi kimi, su emalının texnoloji üsullarının əsaslandırılmış seçimi zamanı xlordioksidin maye xlora alternativ qismində istifadə edilməsi yalnız texnoloji baxımından deyil, həm də iqtisadi cəhətdən özünü doğrultmuşdur. Suyun hazırlanması texnologiyasında əsas mərhələlərindən biri suyun zərərsizləşdirilməsidir. Sutəmizləyici stansiyalarda istifadə olunan suyun zərərsizləşdirilməsinin səmərəliliyi və təhlükəsizliyindən əhalinin sağlamlığı və sanitariya və epidemioloji rifahı asılıdır. Məlumdur ki, sutəmizləyici qurğuların böyük əksəriyyəti suyun zərərsizləşdirilməsi üçün ənənəvi olaraq maye xlordan istifadə edirlər. Son zamanlaradək iri sutəmizləyici qurğularda suyun zərərsizləşdirilməsi üçün xlorlanma çətin də olsa suyun davamlı və kifayət qədər uzun müddətli effektiv zərərsizləşdirilməsini təmin edən yeganə üsul olmuşdur. Lakin bir neçə onillik bundan əvvəl alimlər müşahidə ediblər ki, xlor suda olan maddələrlə reaksiyaya girir və yeni birləşmələri əmələ gətirə bilir, hansılar ki, sonradan məlum olduğu kimi çox vaxt insan orqanizmi üçün daha təhlükəli ola bilərlər. Çoxları tərəfindən təklif olunan su şəbəkələrinin ozon və ya ultrabənövşəyi şüalanma ilə zərərsizləşdirilməsinə keçid xlorlanmanı tam əvəz edə bilməz, çünki həmin zərərsizləşdirmə üsulları uzunmüddətli deyil və geniş paylayıcı şəbəkələrlə nəql olunan suyun zərərsizləşdirilməsi üçün istifadə edilə bilməz.

  Beləliklə, Rusiyada mövcud olan aktual problem göz qabağındadır: bir tərəfdən, suyun zərərsizləşdirilməsi üçün maye xlorun istifadəsi zərərli üzvi birləşmələrin təhlükəli konsentrasiyalarının əmələ gəlməsinə gətirib çıxarır, digər tərəfdən, suyu xlorlanmadan əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi mümkün deyildir. Artıq on ildir ki, Avropada, ABŞ-da və Cənubi Afrikada tətbiq edilən xlordioksid maye xlorun alternatividir. Xlordioksid - bərpa olunmuş formada xlor birləşmələrin birgə məhsuludur. Son vaxtlar onun istifadəsi artır. Xlordioksid selektiv reaktivlik xüsusiyyətinə malikdir və bu, xlor və digər reagentlərin istifadəsi mümkün olmayan hallarda digər oksidanlarla müqayisədə üstünlükləri çoxdur. Xlordan fərqli olaraq, xlor dioksid suda hidrolizə olunmur, onun fəaliyyəti pH dəyərindən asılı deyildir və o, geniş pH diapazonunda tətbiq edilir. Bu xlordan geri qalmayan və ya hətta onu müvafiq dozada dəfələrlə üstələyən olduqca effektiv bakterisiddir. Xlorlu üzvi çirkabların oksidləşməsi zamanı xlordioksid istifadə etdikdə suyun xlor və natrium hidroxloridlə emalından fərqli olaraq xlorlu üzvi birləşmələr əmələ gəlmir. Bir çox sahələrdə bu xüsusiyyət xlor dioksidin istifadəsində üstünlük təşkil edir. Xlordioksidlə kiçik dozalarla (təxminən 0,5 mg/l) emal olunmuş suyun nə dadı, nə qoxusu var. Bu günə olan mövcud məlumatlara görə xlor dioksid 2,5 dəfəyə qədər xlordan çox oksidləşdirici potensiala malikdir. Xlor dioksidi uğurla istifadə edən ilk su təchizatı sistemlərindən biri 1944-ci ildə ABŞ-da istismara verilmiş "Niaqara Follz" sistemi olmuşdur. 1958-ci ildə ABŞ-da artıq 150 su sistemi xlordioksidi tətbiq edirdilər. Almaniyada onu 1959-ci ildən istifadə edirlər. 1995-ci ildən xlordioksid Ukraynada (İlyiçevsk, Cənubi Kiliya və s. səhərləri) tətbiq edilir. Hazırda dünyanın yüzlərlə stansiyalarında, o cümlədən Avropa və Şimali Amerikanın iri şəhərlərinin əksəriyyətində içməli su xlordioksidlə emal olunur. Xlordioksidin tətbiqinin dünya təcrübəsi və çoxsaylı tədqiqatlar, içməli, istehsal və çirkab suların hazırlanmasında və dezinfeksiyasında onun səmərəliliyini, faydalılığı və etibarlılığını, eləcədə xlorlanma ilə müqayisədə sanitariya və gigiyena üstünlüklərini göstərir. 2002-ci ildən Rusiyada Nijni Taqil şəhərinin (Verxne-Vıyski hidroqovşaq, 95 min. m3/sut.) mərkəzləşdirilmiş təsərrüfat və içməli su təchizatı sistemində içməli suyun xlordioksidlə zərərsizləşdirilməsi texnologiyası tətbiq olunmağa başlayıb,. İlk nəticələr yeni reagentin yüksək bakterisid fəallığını və uzun müddət qalan bakteriostatik effektivliyini təsdiq ediblər. Xlor dioksidlə təmin olunan uzunmüddətli bakterisid effekti su şəbəkələrində suyun təkrar mikroorqanizmlərlə çirklənməsinin qarşısını alır və su hazırlanması stansiyalardan çıxdığı eyni keyfiyyətlə suyunun istehlakçılarına qədər çatdırılmasına imkan verir. Hazırda müəyyən edilmişdir ki, xlor dioksid aşağıdakı texnoloji üstünlüklərə malikdir:

  • Güclü dezinfeksiya təsiri – lazımı dozalar çox azdır (0,1-0,3 mg/l)  riqalometanlar (TGM) və xlorofenollar əmələ gəlmir
  • Praktiki olaraq çıxarılmayan üzvi halogenlər əmələ gəlmir aminlər və digər azot birləşmələri ilə reaksiya baş vermir
  • Güclü dezinfeksiya təsiri praktik olaraq suyun pH əhəmiyyətindən asılı deyildir
  • Sporlara, viruslara və yosunlara güclü təsiri
  • Praktiki təsir etmir, çox vaxt isə emal olunmuş suyun orqanoleptik xassələri yaxşılaşdırır
  • Dəmir və manqanın səmərəli oksidləşməsi
  •  Xam suyunun emalı zamanı çirkabların koaqulyasiyasının yaxşılaşdırılması
  • Su paylama sistemlərində uzun müddət (7 günə qədər) qalan bakteriyostatik effekt və nəticədə onlardan mikrobioloji çöküntülərin çıxarılması

  Müəyyən şəraitdə bütün bu üstünlüklər xlordioksidi yalnız suyun zərərsizləşdirilməsi məqsədilə uğurla istifadə etmələrinə deyil, filtr stansiyalarında maye xlorun istifadəsindən tamamilə imtina edərək suyun ilkin təmizlənməsinin xlordioksidlə emalına imkan verir. Ona görə də təsadüfi deyil ki, son illər bu qabaqcıl texnologiyalara su kanalları tərəfindən maraq durmadan artır. Lakin xlor dioksidin tətbiqi bir çox hallarda maddi çətinliklərlə yanaşı praktik tətbiqi təcrübəsinin və zəruri normativ təminatının olmaması üzündən saxlanılırdı. Bu gün belə bir təcrübə yaranmışdır. Nijni Taqil ş. Verxne-Vıyski hidroqovşağın içməli suyun xlor dioksidlə zərərləşdirilməsi sisteminin təcrübə və sənaye sınaqları əsasında içməli suyun şəhərin paylayıcı şəbəkəsinə verilməsi ilə xlor dioksidlə zərərləşdirilməsi stansiyasının daimi istismarı üçün icazə alınmışdır. Bugünkü gündə laborator sınaqlar, layihə işləri başa çatmışdır və Ulyanovsk ş., Çepetsk mexaniki zavodunun su təmizləyici stansiyaların, Qlazov ş. su kanalının, Boqdanoviç ş. su kanalının, Yekaterinburq ş. su kanalının, “Baltika” zavodunun (Sankt-Peterburq ş.) suyun xlor dioksidlə emalı sistemləri istismara verilmişdir. Tədqiqatlar nəticəsində səth və yeraltı suların ən müxtəlif növlərdə xlordioksidin yalnız təmizlənmiş suyun zərərləşdirilməsi üçün istifadə etməsinə deyil, həm də ilkin xlorlanmanın xlorldioksidlə əvəz olunmasına imkan verilməsi barədə məlumatlar əldə edilmişdir. Bu su kəməri stansiyalarının maye xlorun istifadəsindən tamamilə imtina etməsinə, dəmir və manqanın çıxarılması səmərəliliyini artırmasına, paylayıcı şəbəkələrin və qurğularının özlərinin sanitariya vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan verir. Tədqiqatların nəticələrinə görə içməli suyun zərərləşdirilməsi üçün xlor dioksidin çox az dozalar lazımdır, əksər hallarda bir litr suya 0,2 mq qədər СL2 əlavə edilməsi kifayətdir.Təbii suların xlor dioksidlə emalında xlor dioksidin əlavə edilməsi zamanı tərkibində əmələ gələn xlortionun maksimal yol verilən konsentrasiyanın son həddinin aşmamasına yol verilməməsi əsas texnoloji vəzifəsidir.

  Ümumdünya səhiyyə təşkilatı və Rusiyanın sanitariya qanunvericiliyi tərəfindən içməli suda xloridlərin tərkibinin maksimal yol verilən konsentrasiyanın son həddi 0,2 mg/l müəyyən edilmişdir. Yeraltı su mənbələrin Ulyanovsk ş. (Nasos və filtr stansiyası, Arxanqelsk torpaq su götürmə) və səth su mənbələrinin (Kuybışev su anbarı və Çeptsa çayı) suyunda tədqiqatlar, eləcədə Nijni-Taqil ş. Verxne-Vıyski hidroqovşağın suyunun xlorduoksidlə zərərləşdirilməsi stansiyasının istismarı təcrübəsi göstərmişlər ki, su oksidləşmə, rəng, dəmir və manqan tərkibinə görə içməli suyun keyfiyyətinə uyğun olduğunda, xlordioksid dozalarının 0,4 mg/l az əlavə edilməsi xloridlərin 0,2 mg/l çox əmələ gəlməsinə imkan vermir.